Azərbaycan müstəqil ölkə olaraq son iyirmi il ərzində bir sıra sahələrdə əldə etdiyi yüksək göstəricilər, o cümlədən enerji sektorunun davamlı inkişafı sayəsində sürətli iqtisadi artıma nail olub

Azərbaycan müstəqil ölkə olaraq son iyirmi il ərzində bir sıra sahələrdə əldə etdiyi yüksək göstəricilər, o cümlədən enerji sektorunun davamlı inkişafı sayəsində sürətli iqtisadi artıma nail olub

Dövlətimizin başçısının Almaniyaya işgüzar səfəri Azərbaycan–Almaniya etibarlı tərəfdaşlığının hərtərəfli və yüksələn xətlə inkişafının əyani göstəricisidir. Bu səfərin bütün sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına önəmli təkan verəcəyi, gələcək inkişaf üçün böyük perspektivlər açacağı da şübhəsizdir.
Azərbaycan müstəqil ölkə olaraq son iyirmi il ərzində bir sıra sahələrdə əldə etdiyi yüksək göstəricilər, o cümlədən enerji sektorunun davamlı inkişafı sayəsində sürətli iqtisadi artıma nail olub. Hazırda isə iqtisadiyyatın daha çox şaxələndirilməsi qarşıya mühüm vəzifə kimi qoyulub. Qısa zaman ərzində həmin məqsədlə bağlı müsbət nəticələr əldə olunub. ÜDM-in tərkibinin əksər hissəsi qeyri-enerji sektorunun payı hesabına formalaşıb. Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşündə bu istiqamətdə əldə edilən uğurlardan danışarkən: “Son 20 ildə iqtisadiyyatımız üç dəfədən çox artıb. Düşünürəm ki, bu, dünya rekordu hesab oluna bilər. Eyni zamanda, birbaşa xarici borcun azalması strategiyasına əsaslanaraq, biz xarici borcumuzu azaltmışıq və 2023-cü il yanvarın 1-nə olan məlumata görə, bu, ÜDM-in 10 faizindən aşağı olub...” - deyə bildirib.
Adı çəkilən görüşdə qeyd edilən məsələ – xarici borcun azaldılması hələ bir neçə il bundan əvvəl dövlət başçısı tərəfindən hökumətin qarşısında önəmli vəzifə kimi qoyulmuşdu. Bununla bağlı müvafiq strukturlara konkret tapşırıqlar verilmişdi və qısa müddətdə həmin iş uğurla yerinə yetirilmişdi. Ona görə də ölkəmizin borclanma strategiyasına yenidən başlanılması qərara alınmışdı.
Prezident İlham Əliyev Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə keçirilən müzakirələrdə ölkəmizin enerji strategiyası barədə də ətraflı məlumat verib. Dövlətimizin başçısı bu zaman, ilk növbədə, Azərbaycanın Avropanın ener təhlükəsizliyində oynadığı mühüm rola toxunaraq respublikamızın dost dövlətlərin neft, neft-kimya məhsulları ilə təchizatını diqqətdə saxladığını bildirib, həmçinin bəzi ölkələrə elektrik enerjisi və təbii qazın ötürülməsinə də artıq başladığını qeyd edib.
Eyni zamanda qeyd etməliyik ki, Azərbaycanın Xəzər dənizində ən böyük ticarət donanması, 50-dən çox gəmisi var. Bakı gəmiqayırma zavodu isə ildə 6 gəmi istehsal etmək gücündədir və bu cür şəraitdə artan neft həcmləri, o cümlədən Mərkəzi Asiya, həmçinin dindən gözlənilən quru yük daşımaları üçün kifayət etmir. din, Qırğızıstan və Özbəkistan ərazisindən Xəzər dənizinə qədər dəmir yolunun tikintisi layihəsi də yekunlaşandan sonra vəziyyət bir qədər də ağırlaşacaq. Başqa sözlə, Azərbaycan ərazisindən potensial daşıma həcmləri ciddi artacaq.
Ona görə də hazırda bu şərait ölkəmizi ciddi düşündürür və Azərbaycan mövcud sahəyə investisiya yatırmaqla perspektivdə yükdaşımalarda üzləşilə biləcək problemin aradan qaldırılmasını diqqətdə saxlayır.
Bakıxanov qəsəbəsi, 80 saylı tam orta məktəbin
Direktoru Təranə Müzəffərova

Oxşar xəbərlər