Baş nazir qərar imzaladı

Baş nazir qərar imzaladı Nazirlər Kabineti qrantlarla bağlı normativ-hüquqi aktlarda dəyişiklik edib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliklərə əsasən, qrantların verilməsi və qeydiyyatı ilə bağlı qaydalarda bələdiyyələr və bələdiyyə orqanları da hüquqi və fiziki şəxslərlə yanaşı qrant alan subyektlər siyahısına daxil edilib.

Belə ki, Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli qərarı ilə təsdiq edilmiş “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nda müvafiq dəyişikliklər edilib. Qaydalarda bələdiyyələrin qrant müqavilələrinin qeydiyyatı, həmçinin bu müqavilələrə edilən dəyişikliklərin qeydə alınması mexanizmi təsbit olunub.

Eyni zamanda, elmi fəaliyyətin və turizm sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydalarına da dəyişikliklər edilib. Yeni dəyişikliklərə əsasən, bu sahələrdə də bələdiyyələr qrant maliyyələşdirilməsindən yararlana biləcəklər.

Oxşar xəbərlər