Sumqayıt Dövlət Universitetində silsilə tədbirlər davam edir - ÖZƏL

Sumqayıt Dövlət Universitetində silsilə tədbirlər davam edir - ÖZƏL Mühəndislik fakültəsində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş intellektual yarış keçirildi

Sumqayıt Dövlət Universitetində silsilə tədbirlər davam edir - ÖZƏL


Mühəndislik fakültəsində Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş intellektual yarış keçirildi.
Tədbiri Mühəndislik fakültəsinin dekanı, dosent Ulduz Ağayev açaraq intellektual bilik yarışının əhəmiyyətindən bəhs etdi. Qeyd etdi ki, yarışın keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsini, dünyagörüşünü genişləndirmək, eləcə də asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir. Bildirdi ki, artıq Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənc nəsil formalaşıb. Fərəh hissi ilə deyə bilərik ki, bu gün də dövlətimiz gənclərə xüsusi diqqət və qayğı göstərir. Ümummilli liderimiz Heydər Əliyevin gənclər siyasəti onun layiqli davamçısı, cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Sonra intellektual oyuna start verildi. 24 sual üzrə 2 mərhələli yarışda tələbələr öz bilik və bacarıqlarını sınadılar. Müxtəlif sahələrə aid məntiqi və dünyagörüşü xarakterli suallarla əhatə olunan oyun zamanı ən yüksək nəticə göstərən tələbələr diplomlarla mükafatlandırıldılar.
Nəticəyə əsasən I yerə 652-ci qrup tələbəsi Absəməd Xəlilov , II yerə 651-ci qrup tələbəsi Zəka Vəliyev, III yerə isə 657-ci qrup tələbəsi Məhəmmədəli Babazadə layiq görüldülər.

Sumqayıt Dövlət Universitetində silsilə tədbirlər davam edir - ÖZƏLSumqayıt Dövlət Universitetində silsilə tədbirlər davam edir - ÖZƏLSumqayıt Dövlət Universitetində silsilə tədbirlər davam edir - ÖZƏL
Sumqayıt Dövlət Universitetində silsilə tədbirlər davam edir - ÖZƏL


SDU-da rektorluğun növbəti iclası keçirildi

Sumqayıt Dövlət Universitetində silsilə tədbirlər davam edir - ÖZƏL


Sumqayıt Dövlət Universitetində rektorluğun növbəti iclası keçirildi. İclası açıq elan edən rektor, professor Elxan Hüseynov ilk olaraq iştirakçıları salamladı və gündəliyə çıxarılan məsələlər barədə məlumat verdi.
Universitetin tədris və elmi fəaliyyəti üzrə dinamik inkişafını qeyd edən rektor gündəlikdəki məsələlər, xüsusilə yaz semester imtahanları ərəfəsində keçiriləcək kollokviumlar və onların nəticələrinin ancaq tələbələrin həyatında deyil, ümumilikdə universitetdə tədrisin perspektiv planlaşdılması işində oynaya biləcəyi rol barədə söhbət açdı. Bunun üçün akademik təqvimə uyğun olaraq keçiriləcək növbəti kollokviumlara hazırlığın yüksək səviyyədə aparılacağına ümid etdiyini bildirən rektor bununla bağlı öz tövsiyə və tapşırıqlarını verdi.
Daha sonra gündəlikdəki digər məsələlərdən biri, “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı” nın təsdiq edilməsi barədə danışan rektor Elxan Hüseynov bununla əlaqədar Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2022-ci il dekabrın 6-da imzaladığı Sərəncamı xatırlatdı. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmasını Azərbaycan mədəniyyətinə sayğının nümunəsi adlandıran Elxan Hüseynov bu faktın universitetin müəllim və tələbələri arasında təbliğini zəruri saydığını bildirdi. Daha sonra gündəlikdəki növbəti məsələ, Novruz bayramına hazırlıqla bağlı danışan rektor qədim və zəngin ənənəsi olan bayramın fəlsəfəsinin tələbələrə çatdırılmasının vacibliyini qeyd etdi.
Gündəlikdəki məsələlərdən biri, “2022/2023-cü tədris ilinin yaz semestrində keçiriləcək kollokviumlara hazırlıq barədə” məruzə etmək üçün söz alan Tədris Metodik Mərkəzin direktoru Faiq Şirinov kollokviumların təkcə tələbələrin bilik səviyyəsinin deyil, həmçinin tədris vəziyyətinin hansı səviyyədə olmasını müəyyənləşdirən hadisə olduğunu xatırlatdı. O, universitetin tədris həyatında kollokviumların keçirilməsinə ciddi hazırlıq getdiyini, bu məsələnin rektorluq tərəfindən ciddi nəzarətə götürüldüyünü və fakültələrdə müvafiq işlərin aparıldığını qeyd etdi. Mərkəzin direktoru ilk kollokviumların mart ayının 14-də keçiriləcəyini bildirərək, bununla bağlı bütün hazırlıq işlərinin başa çatdığını bildirdi.
Rektorluğun iclasına çıxarılan digər məsələlər-“Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı ” elan edilməsi ilə bağlı Tədbirlər Planı” nın təsdiq edilməsi barədə” və “Novruz bayramına hazırlıq” haqqında məruzə etmək üçün söz Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor, dosent Elmar Xəlilova verildi. Şuşa şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan olunması ilə bağlı universitetdə müvafiq tədbirlər planı hazırlandığını bildirən Elmar Xəlilov bu çərçivədə ilin müxtəlif vaxtlarında elmi konfrans, dəyirmi masa və seminarların təşkil olunacağını, əslən Şuşadan olan, Azərbaycan və Türkiyənin, ümumən türk dünyasının böyük fikir adamlarından biri, görkəmli ictimai-siyasi xadimi, liberal Kamalizmin banisi Əhməd bəyin elmi-siyasi yaradıcılığına həsr olunan “Əhməd bəy Ağaoğlu və türk dünyası” mövzusunda tədbirin keçiriləcəyini vurğuladı. Bunlardan əlavə, universitet tələbələri arasında “Orta əsr mənbələrində və müasir dövr tədqiqatlarında Qarabağ və Şuşa” mövzusu üzrə “Ən yaxşı təqdimat” müsabiqəsinin təşkil olunacağını deyən prorektor “Gənc politoloqlar klubu”nda Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı dəyirmi masanın, elm və mədəniyyət xadimlərinin, tanınmış ziyalıların iştirakı ilə “Şuşa Türk dünyasının mədəniyyət paytaxtıdır” adlı tədbirin keçiriləcəyini qeyd etdi.
Bunlardan əlavə, məruzədə Şuşa şəhərinin qədim tarixi abidələrinin öyrənilməsi məqsədilə universitetin tələbə, magistrant və müəllimlərinin bir qrupunun Şuşa şəhərinə ekskursiyalarının təşkil olunacağı vurğulanıb.
Aparılan müzakirələrdən sonra müvafiq qərarlar qəbul edildi və rektorluğun iclası öz işini başa çatdırdı.

Sumqayıt Dövlət Universitetində silsilə tədbirlər davam edir - ÖZƏLSumqayıt Dövlət Universitetində silsilə tədbirlər davam edir - ÖZƏLSumqayıt Dövlət Universitetində silsilə tədbirlər davam edir - ÖZƏL
Sumqayıt Dövlət Universitetində silsilə tədbirlər davam edir - ÖZƏL

Oxşar xəbərlər