“Xarıbülbül” musiqi festivalı bizim tarixi qələbəmizin bariz nümunəsi idi

“Xarıbülbül” musiqi festivalı bizim tarixi qələbəmizin bariz nümunəsi idi Qədim mədəniyyət beşiyi olan Şuşa 29 ildən sonra “Xarıbülbül” musiqi festivalına ev sahibliyi etdi. Bu ilk öncə bizim tarixi qələbəmizin bariz nümunəsi idi. ona görə dəbu musiqi festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunmuşdu.

Festivalın Ramazan bayramı ərəfəsində təşkil edilməsi bizim xalqımızın öz dininə, milli-mənəvi kökünə bağlılığı ilə əlaqədar idi. Festivala “Xarıbülbül” adının verilməsi də təsadüfi deyildir. Dillərə dastan, əfsanə olan Xarıbülbül Şuşanın rəmz, təbiətin möcüzəsidir. Xarıbülbül sanki gülün üzərinə qonmuş bülbülü xatırladır. Tarix boyu Qarabağa qonaq gələnlər hər zaman xarıbülbülü seyrə çıxıb. Qarabağda bu gülün şöhrəti o qədər səs salıb ki, hətta onun şərəfinə konsertlər verilib.

“Xarıbülbül” Beynəlxalq Festivalı məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubleyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlanılıb və təkcə Azərbaycanda deyil, bütün dünyada ən vacib mədəniyyət tədbirlərindən biri hesab olunub. Azərbaycan prezidenti İlham Əliyevin 2021-ci il 7 may tarixli sərəncamı ilə Şuşa şəhəri ölkənin Mədəniyyət paytaxtı elan olundu. Məhz bu sərəncamdan sonra 2021-ci il mayın 12-si və 13-ü də Heydər Əliyev fondunun təşkilatçılığı ilə festival baş tutmuşdur.

Festivalda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı və çıxışı bir daha onun vətəninə, xalqına, soykökünə bağlılığını, məhəbbətini, qayğısını göstərdi.

Ramazan bayramı münasibəti ilə Şuşa şəhərinin Yuxarı Gövhərağa məscidində bayram namazının qılınması da xalqımız üçün böyük önəm daşıyır. Bu qələbə təkcə Azərbaycan xalqının deyil, bütün türk-müsəlman xalqının parlaq qələbəsidir.

Bizə bu gözəl günləri yaşadan Şanlı ordumuza, Ali Baş Komandanımız İlham Əliyevə öz dərin təşəkkürümüzü bildirir, şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət diləyirik.

Sabunçu qəsəbəsi, 68 nömrəli

tam orta məktəbin tarix müəllimi

Lalə Babayeva

Oxşar xəbərlər