Xocəsən-Sədərək yolunda avtobusun yanma səbəbi məlum oldu - YENİLƏNİB - ANBAAN VİDEO

Xocəsən-Sədərək yolunda avtobusun yanma səbəbi məlum oldu - YENİLƏNİB - ANBAAN VİDEO Bakıda sərnişin avtobusu yanıb.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.

O bildirib ki, bu gun saat 07:45 radələrində 596 nömrəli marşrut xətti üzrə Xocəsən dairəsindən "Meyvəli" bazarı istiqamətinə hərəkətdə olan "İveco Otoyol" markalı 90-LR- 327 nömrə nişanlı avtobus ilkin məlumata görə, mühərrikində baş vermiş qısa qapanma səbəbindən alov alaraq yanıb. Nəticədə ölən və xəsarət alan olmasa da, avtobus yararsız hala qalıb.

Hadisə yerinə dərhal yaxınlaşan YPX əməkdaşları sərnişinlərin və digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin ediblər. Yanğın qısa müddət ərzində söndürülüb.

Qeyd olunan yolda hərəkət tam bərpa edilib.

***

Bakıda sərnişin avtobuslarından birini alışaraq yanıb.

Baku.ws xəbər verir ki, hadisə Xocəsən-Sədərək yolunda qeydə alınıb.

Yanğın hadisəsi zamanı xəsarət alanlar barədə məlumat yoxdur.


Oxşar xəbərlər