
Bu sözləri açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu deyib.
“Uşağın səhhəti ilə bağlı ailə ilə danışıqlar aparılır. Ehiyac yaranrasa, uşaq müvəqqəti sığınacağa yerləşdiriləcək”- o söyləyib.
Şamaxı RİH-in Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Yasin Fərhadov isə Ölkə.Az-a açıqlamasında azyaşlının ailəsinin yanında olduğunu söyləyib:
“Hazırda uşaq nəzarət altındadır. Məsələ ilə bağlı Şamaxı Rayon Polis şöbəsində araşdırma aparılır. Yekunlaşdıqdan sonra ətraflı məlumat veriləcək”,- deyə o əlavə edib.
Qeyd edək ki, Şamaxı rayonunun Göylər kəndində 14 yaşlı qıza təcavüz edilib.
Əməli törətməkdə şübhəli bilinən bir nəfər saxlanılıb.