
APA-nın Naxçıvan bürosu xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, polis mayoru Ziyafət Səfərliyə Şahbuz rayon Polis Şöbəsinin rəisi vəzifəsinin müvəqqəti icrası həvalə olunub.
Bu gün Süleyman Nemətov Ziyafət Səfərlini şöbədə təqdim edib.
Qeyd edək ki, bir neçə gün əvvəl Şahbuz Polis Şöbəsinin rəisi Bahadur Əliyev sərəncama götürülüb.