Gənclərimiz könüllülər hərəkatının aparıcı gücüdür

Gənclərimiz könüllülər hərəkatının aparıcı gücüdür
Prezident İlham Əliyev 2019-cu il dekabrın 30-da Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. Könüllülər hərəkatının cəmiyyətin inkişafında xüsusi əhəmiyyəti var. Bu, cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarını təbliğ etdi. Gəncləri sevən və hər zaman onların yanında olan Prezident İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi isə ölkəmizdə könüllülük hərəkatının daha da genişlənməsinə təkan verdi və gənclərin potensialından lazımınca istifadə olunmasına şərait yarandı. Gənclərimiz könüllülər hərəkatının aparıcı gücüdür. Bir araya cəm olan gənclər xalqına və vətəninə xidmət etdi, əhatə dairələrini genişləndirdi. Ən möhkəm dostluqlar, ən gözəl insani keyfiyyətlər könüllülükdə qazanıldı. Azərbaycan gəncləri öz şəxsi iradəsi ilə, heç bir maddi niyyət olmadan, ölkəmizin rifahının yüksəlməsinə töhfəsini vermək məqsədilə könüllülük fəaliyyəti ilə məşğul olurlar. Ölkəmizdə könüllülük fəaliyyətinin sahələri yetərincə genişdir. Belə ki, könüllülər seçimlərindən asılı olaraq, sosial, iqtisadi, siyasi, diaspor, idman, incəsənət və digər müxtəlif sahələrdə fəaliyyət göstərirlər. Azərbaycan könüllüləri torpaqlarımızın azadlığı uğrunda gedən müharibə dövründə də öz fəaliyyətləri ilə yadda qaldılar. Belə ki, könüllülər informasiya müharibəsində Azərbaycanın səsini dünyaya çatdırmaq üçün Facebook, Twitter, Youtube kimi böyük platformalarda müxtəlifi həştəqlərdən istifadə edərək on minlərlə foto və video, məlumatlar, tarixi faktlar paylaşıblar.
Könüllülər II Qarabağ müharibəsində-işğal altında olan torpaqlarımızın azad olunması uğrunda apardığımız vətən müharibəsində könüllü olaraq ön cəbhədə döyüşən oğullar idi. Ali Baş Komandanın ölkədə qismən səfərbərlik elan edilməsi ilə bağlı sərəncamından ruhlanaraq torpaqlarımızın müdafiəsi uğrunda könüllü əsgər kimi ordumuzun sıralarına yüzlərlə oğul yazıldı və cəbhəyə, düşmənə layiq olduğu cavabı verməyə yollandı. Vətən torpağını yağı düşməndən xilas etmək üçün əlbəyaxa oldu. Bu cür qeyrətli oğullarımızın hünəri ilə biz II Qarabağ müharibəsində qələbə qazanaraq erməni kimi bir düşməni bizim olan torpaqlardan qovduq.


Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin
tarix müəllimi Zibeydə Atakişiyeva


Oxşar xəbərlər