“Balaca Heydər böyüyüb, iki oğlu var” - Prezidentlə Ağdam sakininin MARAQLI DİALOQU

“Balaca Heydər böyüyüb, iki oğlu var” - Prezidentlə Ağdam sakininin MARAQLI DİALOQU Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın dekabrın 24-də Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışında sakinlərlə görüşüb.

Bu zaman dövlət başçısı ilə sakinlərdən biri arasında maraqlı dialoq yaşanıb.

Vətəndaş Mahir Hüseynov Prezidentə təşəkkür edib. Musavat.com həmin səmimi dialoqu təqdim edir:

- Maarif Hüseynov: Bütün Azərbaycanı yaşatdın, təkcə Ağdamı yox. Çox sağ olun. Sizə uzun ömür arzu edirəm. Balalarınız xoşbəxt olsun. O balaca Heydər Sizə həmişə dayaq olsun.

Mehriban xanım Əliyeva: Balaca Heydər artıq böyüyüb.

Maarif Hüseynov: Xoşbəxt olsunlar. Balaları ilə xoşbəxt olsun.

Mehriban xanım Əliyeva: Çox sağ olun.

Prezident İlham Əliyev: İki uşağı var.

Sakinlər: Allah saxlasın.

Prezident İlham Əliyev: İki oğul.

Oxşar xəbərlər