
Bu barədə Nazirliyin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin (DOST RİM) direktoru Kənan Əkpərov sosial sahədə elektronlaşma proqramının icrası ilə bağlı 2022-ci il üzrə görülən işlər və qurumun hədəflərinə dair keçirdiyi mətbuat konfransında məlumat verib.
O bildirib ki, yanvar ayından etibarən satışın portal üzərindən həyata keçirilməsi gözlənilir:
"Vətəndaşlarımız hazırda mənzil satışı portalına daxil olub mənzillərlə tanış ola bilərlər. Yanvarın 23-də satış həyata keçirilməyə başladıqda müvafiq mənzilləri seçərək və ödəniş edərək mənzilləri əldə edə bilərlər", - deyə K. Əkpərov əlavə edib.