Biz inanırıq ki, Azərbaycan və Serbiya arasındakı dostluq münasibətləri daha da möhkəmlənəcək və davam edəcək

Biz inanırıq ki, Azərbaycan və Serbiya arasındakı dostluq münasibətləri daha da möhkəmlənəcək və davam edəcək Bildiyiniz kimi, ölkəmiz hər daim müstəqil siyasətə önəm verən bir dövlət olmuşdur. Buna görə bir çox dövlətlərlə əməkdaşlıq edirik. Bu ölkələrdən biridə Serbiyadır. Gələcəkdə bu iki ölkə arasında münasibətlərin inkişafına zəmin yaradacaq amillər çoxdur. Həm Serbiya, həm də Azərbaycan müstəqil siyasət yürüdən ölkələrdəndir.Bu iki ölkə arasında əlaqələrin inkişafı çox müsbətdir. Həm də bundan sonra ölkəmiz və Serbiya arasında olan əlaqələrimiz sürətlə inkişaf edəcək, qəbul edilmiş qərarlar tez bir zamanda yerinə yetiriləcək. Bu iki ölkə arasında əməkdaşlığın böyük tarixi var. Azərbaycan və Serbiya bir-biri ilə tərəfdaşdırlar və bu tərəfdaşlığa dair bir neçə sənəd də imzalamışlar. Bu iki ölkə hər zaman bir-birinin ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir və bu siyasət dəyişməz olaraq qalacaq. Ticarət sahəsində də biz əməkdaşlığın yüksək nəticələrini gözləyirik. Razılaşmalar nəticəsində ticarət dövriyyəsinin artacağına ümid edirik. Nəqliyyat sahəsində də böyük inkişaf var. Qeyd edək ki ,Azərbaycan və Serbiya ərazisindən beynəlxalq nəqliyyat dəhlizləri keçir. Burada bağlantıların yaranması üçün qurumlar fəal işləməlidir. Əməkdaşlığımızın bir hissəsidə Energetika sektorudur. Bu sahə daha böyük əhəmiyyət kəsb edir. Həm təbii qazın həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq imkanları var. Artıq gələn ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün tədbirlər görüləcək. Müdafiə sənayesidə perspektiv əməkdaşlıq istiqamətlərindəndir. Bu sahənin inkişafı üçün addımların atılması gözlənilir. Bu iki ölkə arasındakı əməkdaşlıq eyni zamanda düzgün siyasi qərarlara əsaslanır. Son dövrdə əldə edilən uğurlar dünya ölkələrinin marağına səbəb olur. Biz inanırıq ki, Azərbaycan və Serbiya arasındakı dostluq münasibətləri daha da möhkəmlənəcək və davam edəcək.

Balaxanı qəsəbəsi, 69 nömrəli tam orta məktəbin
texnologiya müəllimi Aida Hüseynova

Oxşar xəbərlər