Vüqar Abbasov: Məqsədimiz "Cahan Holdinq"in fəaliyyət dairəsini daha da genişləndirərək bütün cahanda sayılıb seçilən şirkətlərdən olmaqdır

Vüqar Abbasov: Məqsədimiz Son günlər bəzi internet saytlarında “Cahan Holdinq” KŞİ-nin Prezidenti Vüqar Abbasov ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, “Cahan Holdinq” KŞİ-nin Prezidenti Vüqar Abbasov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır.

Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.

1993 cü ildən bəri Azərbaycanda ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə başlanmış sosial-iqtisadi islahatlar öz məntiqi nəticələrini göstərməkdədir. Ölkəmiz bazar iqtisadiyyatı yolunda inamla irəliləyir, dünya və xüsusilə də Avropaya inteqrasiya prosesi getdikcə sürətlənir. Azərbaycanda əlverişli investisiya mühitinin mövcudluğu, azad sahibkarlığa geniş imkanlar yaradılması, özəl sektora göstərilən hərtərəfli dövlət qayğısı ölkə iqtisadiyyatının inkişafına təkan verir. Cəmiyyətin avanqard qüvvəsinə çevrilmiş sahibkarlıq bu inkişafın ön sıralarında gedir. Müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin rəhbərliyi altında başlanmış və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasından bəhrələnən şirkətlər sırasında "Cahan Holdinq" də var. Fəaliyyəti dövründə "Cahan Holdinq" biznesin bir çox sahələrində uğurlar qazanıb. Hazırda 22 əsas və bir neçə törəmə şirkəti özündə birləşdirən "Cahan Holdinq" avtomobil biznesi və texniki xidməti, tütün və çay məmulatları istehsalı, tikinti materialları və istilik sistemləri istehsalı, ticarət, turizm, tikinti sahələrində nəzərə çarpacaq irəliləyişlər əldə etməklə bərabər, hazırda bəzi tanınmış brendlərin rəsmi nümayəndəsidir. “Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, sahibkarlığın inkişafına, yeni istehsal sahələrinin yaradılmasına xüsusi diqqət və qayğı göstərilir.

“Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının direktoru Vüqar Abasov da Azərbaycanda biznesin inkişafına yaradılan şəraitdən faydalanan sahibkarlardandır. Onun sözlərinə görə, ötən illər ərzində “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqı kiçik bir şirkətdən istehsal, ticarət, xidmət, inşaat sektorlarını əhatə edən böyük bir quruma çevrilə bilib. Hazırda bu qurumun tabeliyindəki müəssisələrin istehsal etdiyi məhsullar təkcə Azərbaycanda istehlak olunmur, həmçinin xaricə də ixrac edilir.

Məqsədimiz "Cahan Holdinq"in fəaliyyət dairəsini daha da genişləndirərək bütün cahanda sayılıb seçilən şirkətlərdən olmaqdır.

Vüqar Abbasov - Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz davamlı olaraq inkişaf edir, güclənir, regionda güc mərkəzinə çevrilir. Qazanılan uğurlar, 30 ilə yaxın işgal altında olan torpaqlarımızın işğaldan azad olunması regionda yeni realliqlar yaradıb. Fərəhləndirici haldır ki, Prezident İlham Əliyevin rəhbərliyi altında regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə baş tutur. O cümlədən ölkəzmizin beynəlxalq arenada əməkdaşlığı getdikcə genişləndirib. Dövlət başcısının dünyanin müxtəlif ölkələrinə səfərləri və bu səfərlər cərcivəsində kecirilən görüşlər, imzalanan sazişlər, müqavilələr və verilən bəyanatlar ölkəmizin gücünü, nüfuzunu göstərməklə yanaşı, ölkə həqiqətəri beynəlxalq tribunalardan səsləndirilir. Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasındakı çıxışında regionda yaranan vəziyyətlə bağlı bir sıra əsas məsələləri diqqətə çatdıraraq, Azərbaycanın ərazilərinin erməni silahlı qüvvələri tərəfindən işğalı dövründə bu mövzunu MDB çərçivəsində heç vaxt müzakirəyə çıxarmadıgını bıldirib. Bunu münaqişənin nizamlanması ilə ATƏT-in Minsk qrupunun məşğul olması ilə əlaqələndirib. “O, mandata sahib idi. Təəssüf ki, 28 il ərzində Minsk qrupunun nəticəsi sıfra bərabərdir. İndi göründüyü kimi, bu qurumun başlıca məqsədi münaqişənin nizamlanması yox, onun dondurulması idi. Danışıqların aparılması münaqişənin hələ uzun illər həll olunmaması üçün yalnız pərdə idi. Beləliklə, münaqişə həll olunub”, - deyə Prezident bildirib.

Azərbaycan beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, o cümlədən hər bir ölkənin özünümüdafiə hüququna malik olmasını nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq münaqişənin özünün həll etdiyini diqqətə catdiran dövlət başcısı münaqişədən sonrakı vəziyyətin müxtəlif cür inkişaf etdiyini bildirib. Həmkarlarını son dövrlər ərzində baş verənlərlə bağlı məlumatlandıran Prezident cari ilin sentyabrda baş vərənlərə nəzər salaraq “Demək olar bir ay bundan əvvəl Azərbaycan-Ermənistan sərhədi ərazisində silahlı toqquşmalar baş verdi”, - deyə bildirib: “Bu silahlı toqquşmaların səbəbləri bəllidir – Azərbaycana münasibətdə terror, ilk növbədə, mina terroru və snayper terroru davam edir. İkinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycanın 250-dən çox vətəndaşı əsasən işğal dövründə basdırılan minaların partlaması nəticəsində ya həlak olub, ya da ciddi xəsarət alıb. Eyni zamanda, bizim tərəfimizdən Ermənistan istehsalı olan piyada əleyhinə 1400 mina aşkarlanıb. Bu minalar 2021-ci ildə Laçın rayonu ilə sərhəd ərazidə basdırılıb. Həmçinin Azərbaycanın bir hərbi mövqeyindən digərinə aparan yollar minalanıb”.

Ermənistan tərəfindən minaların basdırılması və Azərbaycan tərəfinin çoxsaylı çağırışlarına baxmayaraq, dəqiq mina xəritələrinin təqdim edilməməsi beynəlxalq humanitar hüquqa zidd olmaqla, insanların hüquqlarının pozulmasına gətirib çıxarıb. Minaların yaratdığı təhlükə ciddi narahatlıq yaradır. Ermənistan beynəlxalq hüquqa hörmət etməlidir və beynəlxalq təşkilatlar buna ədalətli yanaşmalıdırlar.

Astanada MDB Dövlət Başçıları Şurasının iclasında Prezident İlham Əliyev çıxışı zamanı regionumuzda baş verən proseslər, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində aparılan danışıqlar ətrafında fikirlərini davam etdirətrək, 2020-ci ilin noyabrında Rusiya Federasiyasının vasitəçiliyi ilə üçtərəfli Bəyanatin qəbul edildiyini xatırladıb. Azərbaycanın Bəyanatın bütün müddəalarını yerinə yetirdiyini, o cümlədən Ermənistandan Qarabağa maneəsiz girişi təmin etdiyini qeyd edib: “Ermənistan Bəyanatın özünə aid hissəsini icra etmir. Məhz Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz girişi təmin etmir, halbuki bu, onun hüquqi öhdəliyidir, həmçinin Azərbaycan ərazisindən erməni silahlı qüvvələrini indiyədək çıxarmayıb. Biz hələ ki, səbir nümayiş etdiririk, lakin bunun da bir həddi var. 2020-ci ilin noyabr Bəyanatının bu iki vacib bəndi icra edilməsə, bizim adekvat tədbir görməkdən başqa seçimimiz qalmayacaq”.

Çıxışının sonunda Qarabağ ermənilərinin taleyi məsələsinə diqqəti cəkən Prezident “Praqa görüşündə bu məsələ üzrə bizim fikir mübadiləmiz oldu. Bizim mövqeyimiz aydındır, dəqiqdir. Qarabağ Azərbaycandır”, - deyə dövlət başcısı vurğulayıb.

Oxşar xəbərlər