Qarabağ mövzusu region uğrunda savaşın istismar aləti sırasından çıxmışdır!

Qarabağ mövzusu region uğrunda savaşın istismar aləti sırasından çıxmışdır!
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev hələ illər əvvəl cəmi bir cümləlik mesaji ilə bir dövrü bağladı:”Qarabağ mövzusu region uğrunda savaşın istismar aləti sırasından çıxmışdır!”Bu cümlə Azərbaycan üçün uzun illərdir siyasi tələlər quran və bunu öz havadarlarının əliylə həyata keçirən dövlətlər üçün “sərt bir sillə”oldu.
Prezident İlham Əliyev 14 oktyabr tarixində Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında çıxışında da eyni qətiyyəti,mübarizliyi və müdrik siyasəti nümayiş etdirdi və dünyaya bir çox “mesajlar” göndərdi.
ATƏT-in MİNSK qrupunun keçən 28 il müddətində münaqişənin həlli üçün heç bir rol oynamadığından, bugünədək absurd iddialar səsləndirməsindən, zaman-zaman cəbhədə bütün hüquqi tələbləri pozan Erməni terroruna qarşı susmasından və fəaliyyətsizliyindən danışdı. Oktyabrın 6da “Avropa siyasi birliyinin” yeni platforması çərçivəsində təşkil edilən görüşün Fransa prezidentinin iştirakı ilə keçirilməsinə razılıq verməsinə baxmayaraq cənab prezident artıq Fransanın Azərbaycan və Ermənistan arasındakı münasibətlərə heç bir aidiyyəti olmadığını bildirib. ATƏT-in MİNSK qrupunun həmsədri kimi Fransanın vasitəçilik missiyası var idi, lakin Qarabağ münaqişəsi nizamlandığına görə MİNSK qrupunun xidmətinə heç bir ehtiyac yoxdur!Bundan sonra Fransa hökümətinin bucür münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində FRANSANIN HƏR HANSI BİR ROL OYNAMASININ HEÇ BİR MÜMKÜNLÜYÜNÜ GÖRMƏDİYİNİ BƏYAN ETDİ.
O həmçinin qeyd etdi ki, Azərbaycan BMT Nizamnaməsinin 51 maddəsinə əsasən münaqişəni özü həll edib. Təəssüf ki, münaqişədən sonrakı vəziyyət müxtəlif cür inkişaf edir-MİNA TERRORU VƏ SNAYPER TERRORU davam edir! İkinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycanın 250-dən çox vətəndaşı bu terrorun qurbanı olub.
Azərbaycanın Parisdəki səfirliyinə 2 dəfə basqın, Ermənistan tərəfindən Azərbaycanın Livandakı və ABŞ-dakı səfirliklərinə qarşı təxribatlar,onmin kvadrat kilometr ərazidə aşkarlanan erməni vandalizminin izləri Azərbaycan xalqına və bütün müsəlman dünyasına qarşı ifrat dərəcədə nifrətdən xəbər verir.
2020-ci ilin noyabrında Rusiyanın vasitəçiliyi ilə üçtərəfli Bəyanat qəbul edilib. Azərbaycan bu Bəyanatın bütün müddəalarını yerinə yetirir. Ermənistan isə Bəyanatın özünə aid hissəsinə əməl etmir, heç bir hüquqi öhdəliyini yerinə yetirmir. Prezident Astana səfərindəki çıxışında, "əgər bu Bəyanatının vacib bəndləri Ermənistan tərəfindən icra edilməsə,bizim adekvat tədbir görməkdən başqa seçimimiz qalmayacağını" bildirdi.
Azərbaycan kimi gənc bir dövlətin təməllərinin möhkəmliyi, həyata keçirilən strategiyaların səmərəliyi məhz prezident İlham Əliyevin uğurlu diplomatiyasının nəticələridir.

Zabrat qəsəbəsi, 307 saylı tam orta məktəbin
tarix müəllimi Afət Məmmədova

Oxşar xəbərlər