Soçi Bəyanatının tarixi əhəmiyyəti

Soçi Bəyanatının tarixi əhəmiyyəti 26 Noyabr 2021-ci il tarixində Soçidə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında üçtərəfli görüş baş tutub. Görüş nəticəsində tərəflər arasında “Soçi bəyanatı” imzalanıb. Soçi görüşündə tərəflər 2020-ci il 9 noyabr tarixli Bəyanatın və 2021-ci il 11 yanvar tarixli Bəyanatın icra vəziyyəti müzakirə ediblər.Qeyd olunub ki,hər iki bəyanatın bütün bəndləri icra olunur və bu proses bundan sonra da davam etdiriləcək.

Bəyanatda Rusiya sülhməramlılarının bu müddət ərzində fəaliyyəti müsbət dəyərləndirilib.Qeyd olunub ki,Rusiya sülhməramlı kontingenti regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasında vacib rol oynayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd edib ki,biz görüş zamanı öz planlarımızı,bizi narahat edən məsələləri açıq müzakirə etdik.Bu görüş Cənubi Qafqaz regionunda sabitliyin bərqərar olunmasında xüsusi əhəmiyyətli rol oynayacaq. Prezident görüş zamanı Azərbaycan tərəfinin humanizm prinsipinin aliliyini həmişə diqqətdə saxladığını qeyd edib, Ermənistana qaytarılmış 100 nəfərdən çox hərbi qulluqçu haqqında danışıb.

Prezident həmçinin qeyd edib ki, biz Ermənistan tərəfindən də regionda vəziyyətin yaxşılaşdırılmasına doğru addımlar atılacağına inanırıq.Biz Ermənistanla çoxillik qarşıdurma səhifəsini çevirmək, yeni səhifə açmaq, normal, qarşılıqlı fəaliyyət mərhələsinə başlamaq əzmindəyik.

Prezident bu sahədə aparılacaq işlərdə Rusiya tərəfinin də mühüm rol oynacağına inam ifadə edib. Rusiya Azərbaycan üçün dost, strateji tərəfdaşdır. Rusiya bizim Ermənistanla ortaq nəticəyə gəlməyimizə şərait yaradır.

Sonda Prezident İlham Əliyev görüşün təşkili üçün Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təşəkkür edib.

Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan da görüşü müsbət dəyərləndirib.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bildirib ki, Rusiya Federasiyası Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşması, Azərbaycan və erməni xalqları arasında etimad mühitinin formalaşması, habelə regionda mehriban qonşuluq münasibətlərinin bərqərar olması məqsədilə bundan sonra da zəruri olan hər cür köməyi göstərəcək”

Ümumilikdə Soçi Bəyanatı Zəngəzur dəhlizinin açılmasına xidmət edən uğur kimi dəyərləndirilir.Bəyanatda yer alan “Dəmir yolu və nəqliyyat əlaqələrinin açılmasına dair”bəndlər yaxın zamanlarda Zəngəzur dəhlizinin açılacağından xəbər verir.

Soçi Bəyanatını səciyyələndirən cəhətlərdən biri də odur ki, sənəddə Azərbaycan tərəfinin mövqeyi hər hansı şərt qoyulmadan öz əksini tapıb. Bəyanatda Qarabağ münaqişə ərazisi kimi qeyd olunmayıb. Burada söhbət artıq postmünaqişə dövründən gedib.

Soçi görüşü Azərbaycan Respublikasının növbəti diplomatik qələbəsidir.Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasətinin nəticəsində regionda təhlükəsizlik və əmin-amanlıq bərqərar olunacaq. Postmünaqişə dövründə işğaldan azad olunmuş ərazilərin iqtisadi cəhətdən inkişaf etdirilməsi üçün siyasi sabitliyin xüsusi əhəmiyyəti vardır.

Azərbaycanın qələbəsi nəticəsində regionda yaranan yeni şərait ölkəmiz və bölgə üçün yeni perspektivlər vəd edir. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq işlərinin nəticəsində bu ərazilər ölkənin ümumi iqtisadiyyatına reinteqrasiya edəcək, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir.

74 nömrəli tam orta məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini

Ofelya Əliyeva

Oxşar xəbərlər