
Ölkə başçısı içğaldan azad edilən və eləcə də sərhədyanı ərazilərdə yaşanan minaproblemlərini bir daha dövlət rəhbərlərinin nəzərinə çatdırdı. Bildirildi ki, azad edilən ərazilərdə Ermənilər 1 milyon mina basdırıblar. Bu gün də mina və snayper terroru davam edir. İkinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycanın 250-dən çox vətəndaşı əsasən işğal dövründə basdırılan minaların partlaması nəticəsində ya həlak olub, ya da ciddi xəsarət alıb.
Prezident İlham Əliyev öz çıxışında qətiyyətlə bildirdi ki, Qarabağ Azərbaycandır və Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək. Azərbaycan öz daxili məsələləri heç bir tərəflə müzakirə etməyəcəkdir. ATƏT-in Minsk qrupunun vasitəçilik missiyası demək deyil. Yəni, Prezident İlham Əliyev Astanada bəyan etdi ki, Praqa görüşündə Fransa prezidentinin iştirakı Azərbaycanın icazəsi ilə baş tutdu, burada rəsmi Bakı sadəcə, xoşməram sərgilədi. Amma dövlət başçımızın da bəyan etdiyi kimi, Fransanın Azərbaycan və Ermənistan arasında münasibətlərə heç bir aidiyyəti yoxdur. Azərbaycanın sərgilədiyi xoş məramdan sonra Fransa hökumətinin radikal və qərəzli münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində rəsmi Parisin hər hansı rol oynamasından söhbət gedə bilməz.
Əfsanə Rəhimova -Pirşağı bələdiyyəsinin sədri