Nazir baş müstəntiqi rəis təyin etdi

Nazir baş müstəntiqi rəis təyin etdi Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə yeni rəis təyin edilib.

"Qafqazinfo məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis polkovnik-leytenantı Elmar Quliyev Sumqayıt ŞPİ-nin 5-ci PB-ə rəis təyin olunub.

Qeyd edək ki, E.Quliyev bu təyinatadək DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi vəzifəsində çalışıb.

Oxşar xəbərlər