Mübariz Əhmədzadə: Azərbaycanın geosiyasi məkanda artan rolu iqtisadi sahədə də, sərmayə qoyuluşu sahəsində də özünü göstərir”

Mübariz Əhmədzadə: Azərbaycanın geosiyasi məkanda artan rolu iqtisadi sahədə də, sərmayə qoyuluşu sahəsində də özünü göstərir” Zaqatalanın Aşağı Tala kəndində yeni uşaq bağçası tikilib

Mübariz Əhmədzadə: Azərbaycanın geosiyasi məkanda artan rolu iqtisadi sahədə də, sərmayə qoyuluşu sahəsində də özünü göstərir”


Zaqatala rayonunun Aşağı Tala kəndində Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində həyata keçirilən 3 nömrəli uşaq bağçasının yeni binasının tikintisi layihəsinin icrası uğurla başa çatıb.

Oktyabrın 6-da uşaq bağçasının açılışı münasibətilə mərasim keçirilib. Mərasimdə Yaponiyanın ölkəmizdəki səfiri Cuniçi Vada, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, layihəni icra edən “Azərbaycan İcma inkişafı üzrə araşdırmalar, təlim və resurs Mərkəzi” İctimai Birliyinin nümayəndələri, kənd sakinləri iştirak ediblər.

Rayon rəhbərliyi, səfir və qonaqlar əvvəlcə ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin xatirəsinə ucaldılmış abidə-kompleksin önünə gül dəstələri düzüblər.

Sonra səfir Cuniçi Vada rayon icra hakimiyyətinin maliyyə dəstəyi ilə salınan Yaponiya-Azərbaycan Dostluq Parkının açılışında iştirak edib. Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə parkın salınması tarixçəsindən danışıb. Diqqətə çatdırılıb ki, park Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin yaranmasının 30 illiyi münasibətilə yaradılıb. Parkda yapon mənşəli 10 ədəd sakura ağacı əkilib, uşaqlar üçün yelləncəklər quraşdırılıb.

Sonra uşaq bağçasının açılışı olub. Mərasim Azərbaycanın və Yaponiyanın Dövlət himnlərinin səsləndirilməsi və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayıb.

“Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzi” İctimai Birliyinin rəhbəri Yasin Dadaşov layihə barədə məlumat verib. Diqqətə çatdırılıb ki, layihənin məqsədi 1939-cu ildə inşa edilmiş və 2012-ci ildə Zaqatala rayonunda baş vermiş zəlzələ nəticəsində istifadəyə yararsız hala düşmüş Aşağı Tala kənd 3 nömrəli uşaq bağçasının sökülərək yerində yeni bina inşa etməklə uşaqların məktəbəqədər təhsil şəraitini yaxşılaşdırmaqdan ibarətdir. Layihənin icrası üçün Yaponiya hökuməti 150 min 549 manat (89 min 82 ABŞ dolları) vəsait ayırıb.

Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxışında Yaponiyanın Azərbaycandakı səfirliyi ilə icra hakimiyyəti arasında əməkdaşlığın 2007-ci ildən uğurla davam etdirildiyini, dost ölkənin qrant yardımı proqramı çərçivəsində indiyədək Zaqatalada məktəb tikintisi, tibb və ekologiya, su təchizatı və digər sahələri əhatə edən 10-dan artıq layihənin reallaşdığını diqqətə çatdırıb.

Səfir Cuniçi Vada Azərbaycan ilə Yaponiya arasında dostluq əlaqələrinin dərin köklərə malik olduğunu, hazırda hər iki ölkənin rəhbərlərinin səyi ilə bu əlaqələrin daha da möhkəmlənməsi üçün davamlı iş aparıldığını diqqətə çatdırıb. Səfir bildirib ki, Yaponiya hökumətinin maliyyə dəstəyi ilə həyata keçirilən bu layihələr insanların yaşayış səviyyəsini daha da yaxşılaşdırmaq, onlara göstərilən xidmətlərin keyfiyyətini yüksəltmək məqsədi daşıyır.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, bağçanın müdiri Məlahət Zamanova çıxış edərək, uşaq bağçasının tikintisinə göstərdikləri dəstəyə görə Yaponiyanın ölkəmizdəki səfirliyinin və rayon icra hakimiyyətinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Uşaq bağçasının açılışını bildirən lent kəsildikdən sonra tədbir iştirakçıları yaradılan şəraitlə tanış olublar.

Mübariz Əhmədzadə: Azərbaycanın geosiyasi məkanda artan rolu iqtisadi sahədə də, sərmayə qoyuluşu sahəsində də özünü göstərir”Mübariz Əhmədzadə: Azərbaycanın geosiyasi məkanda artan rolu iqtisadi sahədə də, sərmayə qoyuluşu sahəsində də özünü göstərir”Mübariz Əhmədzadə: Azərbaycanın geosiyasi məkanda artan rolu iqtisadi sahədə də, sərmayə qoyuluşu sahəsində də özünü göstərir”Mübariz Əhmədzadə: Azərbaycanın geosiyasi məkanda artan rolu iqtisadi sahədə də, sərmayə qoyuluşu sahəsində də özünü göstərir”Mübariz Əhmədzadə: Azərbaycanın geosiyasi məkanda artan rolu iqtisadi sahədə də, sərmayə qoyuluşu sahəsində də özünü göstərir”Mübariz Əhmədzadə: Azərbaycanın geosiyasi məkanda artan rolu iqtisadi sahədə də, sərmayə qoyuluşu sahəsində də özünü göstərir”Mübariz Əhmədzadə: Azərbaycanın geosiyasi məkanda artan rolu iqtisadi sahədə də, sərmayə qoyuluşu sahəsində də özünü göstərir”Mübariz Əhmədzadə: Azərbaycanın geosiyasi məkanda artan rolu iqtisadi sahədə də, sərmayə qoyuluşu sahəsində də özünü göstərir”Mübariz Əhmədzadə: Azərbaycanın geosiyasi məkanda artan rolu iqtisadi sahədə də, sərmayə qoyuluşu sahəsində də özünü göstərir”
Mübariz Əhmədzadə: Azərbaycanın geosiyasi məkanda artan rolu iqtisadi sahədə də, sərmayə qoyuluşu sahəsində də özünü göstərir”


Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə - Prezident İlham Əliyevin Praqa səfəri Azərbaycanın növbəti diplomatik qələbəsi oldu. “Prezident İlham Əliyevin Praqa səfəri həm Azərbaycan-Avropa İttifaqı münasibətlərinin yeni mərhələyə yüksəlməsi, həm də sülh prosesində irəliləyişlərin əldə olunması baxımdan əhəmiyyətli oldu”.

Avropa İttifaqı ilə Azərbaycan arasında çox fəal əməkdaşlığın aparılır, əlaqələr mahiyyətcə yeni müstəviyə çıxır və qarşılıqlı etimad artır: “Azərbaycan ilə Avrasiya bölgəsinin mühüm birliklərindən biri olan Avropa İttifaqı arasında əlaqələr uğurla inkişaf edir, tərəflər arasında konstruktiv dialoq mövcuddur və bu əlaqələr şaxələndirilmiş xarakter alıb. Təsadüfi deyil ki, hazırda Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır və hazırda İttifaqın 9 üzv ölkəsi ilə respublikamız arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb. Avropa İttifaqının üzvlərinin üçdəbir hissəsinin Azərbaycanla strateji əməkdaşlıq əlaqələrində olması İttifaqın Azərbaycana olan marağından və verdiyi əhəmiyyətdən də irəli gəlir. Elə bu səbəbdəndir ki, Avropa İttifaqı və Azərbaycan münasibətlərini bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf etdirir və Aİ Azərbaycanın əsas ticarət, o cümlədən ən böyük ixrac tərəfdaşıdır. Heç şübhəsiz ki, Azərbaycanın geosiyasi məkanda artan rolu iqtisadi sahədə də, sərmayə qoyuluşu sahəsində də özünü göstərir”.

Çexiyada keçirilmiş görüşlərin nəticəsi olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyan bəyanat və bununla da suverenliyi tanımaqla Ermənistan Azərbaycanın Qarabağ üzərində hakimiyyətini tanımış olub: “Bütün bunlarla yanaşı sərhədlərin delimitasiyasına razılıq əldə olunub. Bütövlükdə isə Praqada təşkil olunmuş görüşlərdə ölkəmizin milli maraqları təmin olunub. Beş saatdan artıq davam edən görüşlərdə ölkəmizin mövqeləri prinsipial olaraq təmin olunub və Azərbaycana təzyiq göstərilməsi cəhdlərinin Prezident İlham Əliyevin peşəkar diplomatiyası nəticəsində qarşısı alınıb”.

Oxşar xəbərlər