Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr tərəfdaşlıq ruhu və qarşılıqlı dəstəyə əsaslanır

Avropa  İttifaqı ilə  Azərbaycan arasında əlaqələr tərəfdaşlıq ruhu və qarşılıqlı dəstəyə əsaslanır Prezident cənab İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisinin cari ilin 1 iyun tarixində rəsmi açılış mərasimində çıxış etmişdir. Azərbaycan ilə Avropa İttifaqı arasındakı əlaqələr strateji tərəfdaşlıq münasibətləridir. Fundamental məsələlərdə bizim mövqelərimiz üst-üstə düşür. Azərbaycan-Avropa İttifaqı münasibətlərinin çox geniş perspektivləri var. Xüsusilə də enerji, nəqliyyat təhlükəsizliyi kimi sahələrdə Bakı-Brüssel münasibətləri çox sürətlə inkişaf etməkdədir. Müstəqillik əldə etdikdən sonra demokratik dövlət quruculuğu yoluna qədəm qoymuş gənc Azərbaycan Respublikasının üzləşdiyi sosial-iqtisadi və siyasi problemlərin müvəffəqiyyətli həlli onun beynəlxalq aləmdəki mövqeyi, ayrı-ayrı ölkələrlə milli dövlət mənafelərinə cavab verən qarşılıqlı-faydalı əlaqələri və dünya birliyinə inteqrasiyası prosesinin intensivliyi ilə sıx bağlıdır. Bu mənada, Azərbaycanın beynəlxalq əlaqələr sistemində layiqli yer tutması üçün dünya siyasətinin formalaşdırılmasında aparıcı rol oynayan dövlətlərlə, o cümlədən, siyasi çəkisinə və iqtisadi potensialına görə beynəlxalq aləmdə özünəməxsus yer tutan Qərbi Avropa ölkələri ilə qarşılıqlı münasibətlərinin tənzimlənməsi mühüm əhəmiyyət kəsb edir. Avropa İttifaqının qəbul etdiyi bir sıra sənədlərdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək ifadə olunur.
Avropa Komissiyası ilə Azərbaycan arasında qəbul olunan çox mühüm sənəd hesab olunan “Tərəfdaşlıq prioritetləri”ndə bu məsələlər öz əksini tapıb.
Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr tərəfdaşlıq ruhu və qarşılıqlı dəstəyə əsaslanır. Azərbaycanın Avropa İttifaqının bir neçə üzv ölkəsi ilə strateji tərəfdaşlığa dair sənədləri qəbul etməsi və ya imzalaması qarşılıqlı əməkdaşlığa layiqli töhfədir. Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun fikirləri bu baxımdan diqqəti cəlb edir. O, Azərbaycanın çox nadir ölkə olduğunu və özündə ənənə, müasirliyi birləşdirdiyini diqqətə çatdıraraq qeyd edib ki, bu günün mürəkkəb coğrafi landşaftındakı strateji mövqeyinə görə ölkəniz həm Şərqə, həm də Qərbə doğru baxır. Avropa İttifaqı Şurasının prezidenti təmsil etdiyi təşkilatın Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirərək deyib ki, Avropa İttifaqı və Azərbaycan hər il bir-birinə yaxınlaşır və münasibətlərimiz intensivləşib.
Azərbaycanın özünü nəqliyyat və logistika qovşağına çevirmək üçün mühüm addımlar atdığını bildirən AİŞ prezidenti Donald Tusk ölkəmizin Şərq və Qərblə, eyni zamanda, Şimal və Cənub tərəfdaşları üçün iddialarının təcəssümü olan Bakı limanına səfər etməyi səbirsizliklə gözlədiyini diqqətə çatdırıb.

Sabunçu qəsəbəsi, 170 saylı tam orta məktəbin
tarix müəllimi Nəzrin Quliyeva

Oxşar xəbərlər