Son 2 gündə yağıntının miqdarı aylıq normanı keçib

Son 2 gündə yağıntının miqdarı aylıq normanı keçib “Soyuq atmosfer cəbhələrinin ölkə ərzisindən keçməsi havanın temperaturunun xeyli enməsi ilə yanaşı, intensiv leysan yağışlarına səbəb olub. Hətta bəzi bölgələrdə cəmi iki gündə yağıntının aylıq norması təmin edilib”.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

O qeyd edib ki, yağıntının miqdarı Lənkəranda 80 mm (aylıq normanın 136 faizi), Astarada 59 mm (aylıq normanın 117 faizi), Şəkidə 62 mm (aylıq normanın 74 faizi), Zaqatalada 49 mm (aylıq normanın 42 faizi), Qaxda 46 mm (aylıq normanın 55 faizi), Oğuzda 45 mm (aylıq normanın 33 faizi), Balakəndə 42 mm (aylıq normanın 36 faizi), Qəbələdə 33 mm (aylıq normanın 28 faizi), Yardımlıda 29 mm (aylıq normanın 23 faizi) qeydə alınıb:

“Sentyabrın 6-da saat 21:15 radələrində Gədəbəy rayonu ərazisinə diametri 12 mm olan dolu düşüb. Havanın temperaturu iqlim normasından 4,6 dərəcə aşağı olub. Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, fasilələrlə yağıntılı hava şəraiti sentyabrın 8-i gündüzədək davam edəcək”.

Xidmət rəisinin sözlərinə görə, oxşar proses son 10 ildə 2016-cı ilin sentyabrın birinci ongünlüyündə qeydə alınıb.

Oxşar xəbərlər