Gədəbəy: inkişaf və quruculuq dövrü

Gədəbəy: inkişaf və quruculuq dövrü Ölkəmizin sosial-iqtisadi sverasında əldə olunan uğurlar Gədəbəy rayonunda da özünü əks etdirmiş və müsbət tendensiyalara doğru addımlamışdır. Ölkəmizdə gedən sosial-iqtisadi inkişafdan Respublikamızın bütün regionlarında olduğu kimi, Gədəbəy rayonuna da əhəmiyyətli pay düşmüşdür.

Ümumiyyətlə, Gədəbəy rayonu ölkəmizin modern, inkişaf etmiş əyalətlərindən birinə çevrilməkdədir.

Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun. Əyri prizmadan məqsədli fikirlər yazana da, yazdırana da, barəsində yazılana da ziyan gətirir.
Heç bir “etibarlı mənbə” Gədəbəyi, onun sakinlərini əvəz edə bilməz. Getdik, gördük və yazdıq. Və dahi Sabirin sözləri ilə yazıya son nöqtəni qoyuruq:
Neyləməli, göz görür, əqlim kəsir,
Mən günəşi göydə dana bilmərəm.

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Gədəbəy rayon Memarlıq və tikinti şöbəsinin müdiri - baş memar Vidadi Ələkbərovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Gədəbəy rayon Memarlıq və tikinti şöbəsinin müdiri - baş memar Vidadi Ələkbərov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Vidadi Ələkbərov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Gədəbəy rayon Memarlıq və tikinti şöbəsinin müdiri - baş memar Vidadi Ələkbərova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Gədəbəy rayon Memarlıq və tikinti şöbəsinin müdiri - baş memar Vidadi Ələkbərovdur.

Gədəbəy rayon Memarlıq və tikinti şöbəsinin müdiri - baş memar Vidadi Ələkbərov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Vidadi Ələkbərov bu işin müqəddəsliyini qoruyub saxlayır. Vidadi Ələkbərov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Vidadi Ələkbərov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Vidadi Ələkbərov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Vidadi Ələkbərov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Vidadi Ələkbərovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Vidadi Ələkbərov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Vidadi Ələkbərov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Gədəbəy rayon Memarlıq və tikinti şöbəsinin müdiri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Vidadi Ələkbərov özünü doğruldub. Bizdə hörmətli Vidadi Ələkbərovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Oxşar xəbərlər