“Surmalu” ticarət mərkəzində ölənlərin sayı 6 nəfərə çatıb

“Surmalu” ticarət mərkəzində ölənlərin sayı 6 nəfərə çatıb İrəvanın mərkəzində “Surmalu” ticarət mərkəzində baş verən partlayış nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

“armenpres ” xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan məlumat verib.


“Xilasedicilər daha bir meyiti dağıntılar altından çıxarıblar. İndiyə qədər 6 ölü var. Axtarış-xilasetmə işləri davam edir”, - deyə o bildirib.
Dağıntılar altından çıxarılan şəxsin kimliyi hələ ki, məyyən edilməyib.
Ölənlərdən 4-nün şəxsiyyəti bəllidir. Bunlar Anahit Mxitaryan, Misak Marqaryan, Jemma Nazaryan, Qayane Avetisyandır.
Ticarət mərkəzindəki partlayışda itkin düşənlər:
1. Aram Hayrapetyan
2. Vardan Köçəryan
3. Marat Şahbazyan
4. Sirarpi Xaçatryan
5. Mariam Xaçatryan
6. Harut Qarakyan
7. Qaqik Karapetyan
8. Artavazd Ayrapetyan
9. Erna Qriqoryan
10. Hraçya Sarkisyan
11. Vaçaqan Eqoyan
12. Vanik Əmirxanyan
13. Anahit Xalatyan
14. Kseniya Badalyan, 1981-ci il təvəllüdlü
15. Aram Arutyunyan
16. David Mixitaryan

Oxşar xəbərlər