
Zəngilan rayonu da digər azad olmuş rayonlar kimi yenidən canlanmağa başlayır. Artıq digər rayonlar kimi orada da onun gerçək sahiblərinin nəfəsi duyulur. Binalar,abidələr yenidən bərpa edilir. Cəmi bir divarı qalmış Zəngilan məscidi əsəaslı təmir olunur. Tez bir zamanda buradan da azan səsi yüksələcək. Şəhər əvvəlindən də gözəl vəziyyətdə insanlara təhvil veriləcək .
Zəngilanın Ağalı kəndində pilot layihə həyata keçirilir. İlk köçürülmə də məhz Zəngilandan başlayaraq vətəndaşlarımızın bütün lazımi həyat şərtləri nəzərə alınacaq. Onlar ən gözəl şəkildə öz əzəli ata-baba torpaqlarında yaşayacaqlar.
Zəngilanda icra olunan ən böyük layihələrdən biri də Zəngəzur dəhlizinin inşasıdır. Bu dəhlizlə bərabər həm də hava limanının tikintisi də bu il yekunlaşacaq. Bunun isə Azərbaycan vətəndaşlarının qarşısında hansı imkanlar olacağını təsəvvür etmək o qədər də çətın deyil. Rayonun yerləşdirdiyi ərazi beynəlxalq bazarlara çıxış, digər ərazilərin inkışafı üçün geniş şərait yaradır.Vaxtı ilə Ermənistan bu ərazilər üçün layihələr hazırlamışdı ki, bunlardan biri də Ermənistandan Cəbrayıla yol çəkilməsə idi. Düzdür, yol çəkilişi baş tutub, amma bu yolu onun öz sahibləri öz torpaqlarında çəkir. İnanırıq ki, bu yol bizi keçmişişimzdən gələcəyimizə aparan qürur yolmuz olacaq.
Möhtərəm prezidentimiz döyüş meydanında olduğu kimi siyasət meydanında da öz sözünü demeyi bacarır. Rəsmi İravan törətdiyi butün cinayətlərə görə cavab verməlidir, verəcək də. İşğal olmuş torpaqlarımızda dağıntılar zamanı dəymiş maddi ziyanın hesablanması prosesi davam etdirilir. Faktiki sübut və dələllərə əsaslanaraq lazımı işlər görüldükdən sonra Azərbaycan Beynəlxalq məhkəmələrə müraciet edərək öz haqqını alacaq. Əminəm ki, bütün işğaldan azad olunmuş rayonlarımızda , o cümlədən Zəngilanda da həyat öz axarı ilə davam edecək.
Bu rayonların turizim imkanlarından istifadə edilərək cənnət məkana çevriləcək. Axın-axın insnalar bu torpaqları görmək ,gəzmək üçün buraya üz tutacaq. Vətən uğrunda canından keçmiş Şəhidlərimizin müqqədəs ruhu bu cənnətin səmalarının əbədi sakinləri olacaq.
Sabunçu qəsbəsi, 311 nömrəli tam orta məktəbin
müəllimi Şəfa Seyidova