Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Ramazan bayramı ərəfəsində qazilərlə görüş keçirib, onlara maddi yardım edib

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Ramazan bayramı ərəfəsində qazilərlə görüş keçirib, onlara maddi yardım edib Aprelin 21-də Ramazan bayramı ərəfəsində Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibati binasında Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin və Vətən müharibəsi qazilərinin iştirakı ilə görüş keçirilib.
Dövlət Himnimizin səsləndirilməsi, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsinin yad edilməsi ilə başlanan tədbiri Əhəd Abıyev giriş nitqi ilə açıb. O, çıxışında deyib:
- Bu gün biz qardaşlıq, dostluq, bir-birimizə səmimi münasibətdən qaynaqlanan yüksək əhval-ruhiyyə hissləri keçirərək Ramazan bayramı ərəfəsində sizinlə təşkil olunmuş görüşə toplaşmışıq. Bu həm də bizim həmrəyliyimizə, ölkə rəhbərimiz, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında, milli-mənəvi dəyərlərimiz qarşısında sarsılmaz birliyimizə əyani nümunədir.
Möhtərəm Prezident, yeni əsrin güclü qurucu qüdrətli Lideri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 2 əsrlik Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunması, haqqın-ədalətin qalib gəlməsi tarixi hadisə olmaqla, ən mühüm dövlətçilik amili, xalqımızın qürur mənbəyi kimi Azərbaycan tarixində böyük iftixarla qızıl hərflərlə yazılaraq daim anılacaq, 2022-ci ilin Ramazan bayramı da zəfər dövrünün tərkib hissəsi kimi qəbul ediləcəkdir. Torpaqlarımızın işğaldan azad olunması, 44 günlük Vətən müharibəsinin şanlı qələbəmizlə başa çatması məhz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əvəzolunmaz xidmətlərinin nəticəsidir. Müasir Azərbaycanın hərtərəfli inkişaf etdirilməsi sahəsində Prezident cənab İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü iş ölkəmizin bütün maneələrdən uğurla keçməsini təmin edərək böyük inkişafa nail olmağa tam şərait yaratmışdır. Bütün bunlar cənab Prezidentimizin düşünülmüş siyasətinin və vaxtında atdığı uğurlu addımların real nəticəsidir ki, bu gün biz qalib ölkəyik.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Ramazan bayramı ərəfəsində qazilərlə görüş keçirib, onlara maddi yardım edib


Torpaqlarımızı erməni işğalçılarından azad edərək Qələbə sevincini bizlərə yaşatdığına, həmçinin Daşkəsən rayonuna hər zaman göstərdiyi diqqət və qayğıya görə möhtərəm Prezidentimiz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə bütün daşkəsənlilər adından dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk, Prezidentimizlə fəxr edirik.
Daşkəsən rayonunda da Qarabağ müharibəsi veteranlarına, əlillərə və şəhid ailələrinə daim diqqət və qayğı, müraciətlərinə həssas münasibət göstərilir, onlarla mütəmadi olaraq görüşlər keçirilir, qayğıları öyrənilir, problemləri həll edilir. Vətən müharibəsində Daşkəsəndən 83 nəfər yaralanmış, 23 nəfəri əlillik dərəcəsi almışdır. Onlardan 4 nəfər mənzillə təmin edilmiş, 18 nəfər mənzil qeydiyyatına alınmışdır və bu istiqamətdə işlər davam etdirilir.
Daşkəsən rayonundan Vətən müharibəsində 32 nəfər müqəddəs şəhidlik zirvəsinə ucalmışdır. Ürəyimiz Vətən uğrunda canından keçən hər bir xilaskar döyüşçü – şəhidlərimiz üçün kədərlənir. Bu qəhrəman, igid oğulları böyüdən ailələrə bir daha da başsağlığı verir, Allahdan səbir diləyirik.
Əziz qazilərimiz, siz Qarabağ döyüşlərində rəşadətlə vuruşmuşsunuz. Bütün bunlar isə gənclərimiz üçün hər zaman əyani nümunədir. Ali Baş Komandanımız cənab İlham Əliyevin dediyi kimi, müharibə zamanı şəhid olmuş, öz sağlamlığını itirmiş vətəndaşlarımız cəmiyyətin dəyərli insanlarıdır, bizim qəhrəmanlarımızdır.
Qarşıdan Ramazan bayramı gəlir. Mən fürsətdən istifadə edib başda Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva olmaqla qazilərimizi, müharibə veteranlarını, şəhid ailələrini müqəddəs Ramazan bayramı münasibətilə təbrik edir, Uca Allahdan ən xoş arzularla xalqımıza sülh, rifah və əmin-amanlıq diləyirəm.
Allah Şəhidlərimizə rəhmət eləsin və Qazilərimizə cansağlığı versin, onlara xoşbəxt günlər nəsib eləsin.
Allah Prezidentimiz cənab İlham Əliyevi qorusun, Prezidentimiz cənab İlham Əliyev də xalqımızı, dövlətimizi.

Daha sonra çıxış edən Vətən müharibəsi qaziləri baş leytenant Ceyhun Əliyev, kapitan Turxan Məmmədov, əsgər Yusif Məmmədov və digərləri minnətdarlıq hissi ilə Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın onlara hər zaman göstərdikləri diqqət və qayğıdan söz açıblar. Bildiriblər ki, ölkə rəhbərliyinin Daşkəsən rayonunda da yaratdığı hər cür şəraitə görə bu qayğını gündəlik həyatlarında hiss edirlər. Bunu rayonda keçirilən tədbirlərə dəvət almaqlarından, bayramlarda, xüsusi günlərdə yad olunmaqlarından, keçirilən bu cür səmimi görüşlərdən, müraciətlərinə hər zaman həssas münasibətdən aydın şəkildə görmək olar.
Əhəd Abıyev görüşdə qazilərin müraciətlərini də dinləyib, qaldırılan məsələlərin əksəriyyəti yerində həll edilib və bir qismi nəzatərə götürülüb.
Qarşıdan gələn Ramazan bayramı münasibətilə Daşkəsən Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına daşkəsənli 90 qazinin hər birinə 100 manat olmaqla, ümumilikdə 9000 manat maddi yardım göstərilib.
Əhəd Abıyev görüşə yekun vuraraq möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əlliyeva tərəfindən Vətən müharibəsi əlillərinə göstərilən diqqət və qayğının bundan sonra da yüksək səviyyədə olacağını bildirib və müasir Azərbaycanın çiçəklənməsi naminə ölkədə bütün sahələr üzrə görülən işlərə uğurlar arzulayıb.
Sonda xatirə şəkli çəkilib.

Elmar Əliyev
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini


Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Ramazan bayramı ərəfəsində qazilərlə görüş keçirib, onlara maddi yardım edib

Oxşar xəbərlər