Süleyman Mikayılov: Ağdam şəhəri Azərbaycanın böyük sənaye, turizm, iqtisadi mərkəzlərindən birinə çevriləcək

Süleyman Mikayılov: Ağdam şəhəri Azərbaycanın böyük sənaye, turizm, iqtisadi mərkəzlərindən birinə çevriləcək Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov - “Ölkə başçısı İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfər etməsi xoş bir ənənə halına çevrilib. Prezident İlham Əliyev fevralın 13-də növbəti dəfə işğaldan azad olunmuş Ağdam rayonuna səfər edib və səfər çərçivəsində bir sıra təməlqoyma mərasimlərində iştirak edib. Artıq işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” başlayıb. Verdiyi bütün vədləri tamlıqla yerinə yetirən Azərbaycan prezidenti bu gün işğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı səsləndirdiyi fikirləri reallığa çevirməkdədir. İkinci Qarabağ müharibəsinin başa çatmasından qısa müddət keçməsinə baxmayaraq, ölkə başçısının rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə sürətli bərpa-quruculuq işləri, infrastruktur layihələri həyata keçirilir. Həyata keçirilən layihələr Ağdamın və ümumilikdə bölgənin gələcək iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir”.

Səfər zamanı Prezident İlham Əliyevin öz çıxışında “Əminəm ki, bizim bu gün gördüyümüz işlər, o cümlədən ordu quruculuğu sahəsində gördüyümüz işlər Azərbaycanı daha da gücləndirəcək və Ermənistanda baş qaldıran revanşist qüvvələrə cavab olacaq. Biz öz torpağımızdayıq. Biz bu torpağa qan tökərək, şəhidlər verərək qayıtmışıq. Bu torpaqda möhkəm dayanmışıq və bu torpaqlarda əbədi yaşayacağıq. Qarabağ Azərbaycandır!” deməsi Ermənistandakı revanşist qüvvələrə verilmiş mesaj idi: “Ali Baş Komandan İlham Əliyev böyük ürək ağrısı ilə bu torpaqlarda şəhidlərimizin qanının olduğunu qeyd edərək, Azərbaycan xalqının bu torpaqlarda əbədi yaşayacağını vurğuladı. Eyni zamanda, bu çıxış ölkə başçısı İlham Əliyevin şəhidlərimizin xatirəsinə olan böyük hörmətinin göstəricisidir. Şəhidlərimizin xatirəsini əziz tutan Cənab Prezident İlham Əliyev hər zaman şəhid ailələrini xüsusi diqqətdə saxlamış, bu kateqoriyadan olan ailələrin sosial rifahının yüksəldilməsi istiqamətində bir sıra sərəncamlar, fərmanlar imzalamışdır. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ağdamda həyata keçirilən sürətli quruculuq və infranstruktur layihələri nəticəsində Ağdam şəhəri Azərbaycanın böyük sənaye, turizm, iqtisadi mərkəzlərindən birinə çevriləcək”.

Oxşar xəbərlər