Azərbaycan-Qırğızıstan münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatıb

Azərbaycan-Qırğızıstan münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatıb Məhz Ulu Öndər Heydər Əliyevin başladığı və bu gün Prezident İlham Əliyevin davam etdirdiyi siyasi kurs güclü Azərbaycan dövlətinin qurulmasını, onun yerləşdiyi bölgənin liderinə, dünyada isə söz sahibinə çevrilməsini təmin edib. Bu gün Azərbaycanı Mərkəzi Asiya ilə çoxəsrlik əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir. Mərkəzi Asiyanın önəmli qüvvələrindən olan Qırğızıstan və Cənubi Qafqazın lider dövləti Azərbaycan arasında əməkdaşlığın dərinləşdirilməsində və inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb. Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov arasında keçirilən məhdud tərkibdə görüş Qırğızıstan ilə Azərbaycan arasında strateji tərəfdaşlığın müntəzəm surətdə davam etməsini təmin edir. Azərbaycan-Qırğızıstan münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatıb. Hər iki ölkə iqtisadi-ticari sahədə fəal əməkdaşlıq edir. Ticarət dövriyyəsi dəfələrlə artır. Azərbaycan Qırğızıstanda bərpaolunan enerji üzrə investisiya layihələrində maraqlıdır.
Eyni mədəniyyətə, qədim tarixi münasibətlərə, ənənələrə malik olan Azərbaycan və Qırğız xalqlarının dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi çərçivəsində Azərbaycanda Qırğızıstan Mədəniyyəti Günləri keçiriləcək. Qarşılıqlı səfərlər zamanı imzalanan sənədlər ölkələrimiz arasında münasibətlərin perspektivlərini müəyyənləşdirirərək davamlı inkişafını təmin edəcək.

Sabunçu qəsəbəsi, 215 nömrəli tam orta məktəbin
kimya müəllimi Vəfa Kərimli

Oxşar xəbərlər