
İlham Əliyev Berlinə Şoltsun dəvəti ilə “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün gedib və COP29-a ev sahibliyi edəcək ölkənin rəhbəri kimi orada təmsil olunur. Berlin dialoqunda müzakirələr Bakıda baş tutacaq COP29 üçün istiqamətləri müəyyən edəcək. Və hazırda qlobal iqlim problemlərində iki istiqamət prioritetdir:
1. İqlim problemlərinin qarşısının alınması “yaşıl enerjiyə” keçidlə mümkündür;
2. İnvestorların “yaşıl enerji”yə kapital yatırması əhəmiyyətlidir və buna təşviq edilməlidirlər.
Prezident İlham Əliyev də Berlin gündəliyini bu prioritetlər üzərindən müəyyənləşdirib.
- Əliyev Berlinə azad olunmuş ərazilərdən gedərək, buranın artıq “təhlükəsiz bölgə” olduğunu nümayiş etdirdi: bu investorlar üçün vacib amildir;
- Bakının hədəfi azad olunmuş əraziləri “yaşıl enerji zonasına” çevirməkdir və Əliyevin portfelində də məhz investorları bu bölgəyə cəlb etmək var;
- Və ən mühüm amillərdən biri Azərbaycanın torpaqlarını azad etdiyinin, suverenliyinin bərpa olunduğunun mesajı praktiki olaraq Avropaya çatdırıldı: bu, xüsusilə Fransa başda olmaqla suverenliyimizin bərpasını qəbul etməyən, hələ də regiondkı reallığı dəyişdirə biləcəklərinə ümid edən qüvvələrə ünvanlanıb.