Ümummilli Lider aydın strategiya ilə müstəqilliyimizin ilk illərində gənclərin enerji və imkanlarını milli maraqlarımızın müdafiəsinə səfərbər etdi

Ümummilli Lider aydın strategiya ilə müstəqilliyimizin ilk illərində gənclərin enerji və imkanlarını milli maraqlarımızın müdafiəsinə səfərbər etdi Müstəqil Azərbaycan gənclər siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Lider aydın strategiya ilə müstəqilliyimizin ilk illərində gənclərin enerji və imkanlarını milli maraqlarımızın müdafiəsinə səfərbər etdi, onların vətənpərvər ruhda formalaşmasına zəmin yaratdı. 1996 - cı il fevralın 2 - də keçirilən Azərbaycan Gənclərinin Birinci Forumunda Ümummilli Lider gənclər qarşısında mühüm tarixi vəzifələr müəyyənləşdirdi.

2003 -cü ildən sonrakı dövrdə isə Prezident İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirdi .Azərbaycan Gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edildi.2007- il “Gənclər ili” elan olundu,2011-ci ildə Gənclər Fondu yaradıldı, 2013-cu ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olundu,Azərbaycan gəncliyinin inkişaf strategiyası təsdiqləndi. Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Müharibədə əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdilər.

Fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda iştirak edib.

Gülüstan sarayında təşkil olunan Gənclər Formunda gənc sahibkarlar, dövlət proqramlarının iştirakçıları, keçmiş məcburi köçkün, şəhid ailələrinin gənc üzvləri Vətən müharibəsi iştirakçıları ,təhsildə və sosial inklüziv fəaliyyətdə fərqlənənlər iştirak ediblər.

Dövlətimizin başçısı Gənclər Forumunda çıxış edərək Azərbaycan gənclərini təbrik edib və qürurverici ifadələr səsləndirib. Xüsusilə Vətən müharibəsində gənclərimizin rolunu həlledici olmasını vurğulayan Azərbaycan Prezidenti gənclərimizlə fəxr etdiyini bildirib. Forumda çıxış edən ölkə rəhbəri eyni zamanda tösiyələrini də verib. Prezident deyib ki, gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar. Ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan gənclərinə göstərdiyi dəstək,diqqət və qayğı onların inkişafında,vətənə,dövlətçiliyə bağlı intellektual,yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşmasında əhəmiyyətli rol oynayır.

Bu, prezidentimizin Gənclər Forumunda çıxışı zamanı gənclərə olan diqqət və qayğısını bir daha sübut etdi.

Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclərin ölkəmizin həyatında çox önəmli rol oynadığını vurğulayan ölkə başçısı böyük potensiala malik gənclərin təşəbbüslərini, onların əməyinin hər yerdə görünməkdə olduğunu fəxrlə bildirib.Onu da qeyd edib ki, indi gənclər üçün imkanlar daha da genişdir və gənclər imkanlardan istifadə etməlidirlər. Nitqinin bu yerində prezident İ.Əliyev Dördüncü Sənaye İnqilabının artıq reallıq olduğunu deyib. Bununla bağlı olan yeniliklərin, ilk növbədə, Azərbaycanda gənclər tərəfindən mənimsənilməsini və bu siyasətin gənclər xətti ilə icra olunduğunu vurğulayıb. Azad edilmiş ərazilərdə müxtəlif təsərrüfatı layihələri icra edilib. Cari il 40-50 min hektarda əkin sahələrinin nəzərdə tutulduğunu və bunun ölkə ərzaq təhlükəsizliyini təmin edəcəyini inamla bildirib. Prezident orada işləyənlərin böyük əksəriyyətinin gənclərlər olduğunu diqqətə çatdırıb.

Milli–mənəvi dəyərlər dövlətimizin əsasını təşkil edir və müasir müstəqil Azərbaycan dövləti milli dəyərlər üzərində qurulub. Milli - mənəvi dəyərləri qoruyub saxlamaq, gələcək nəsillərə ötürmək hər bir vətəndaşın mənəvi borcudur. Vətənpərvər olmaq üçün hər bir insanın ürəyində Vətənə bağlılıq olmalıdır. Vətən müharibəsində gənclərinin rolunun həlledici olduğunu dilə gətirən prezident müharibə iştirakçısı olan igid gənclərə Azərbaycan xalqının minnətdarlığını dönə - dönə söyləyib.

Bəli, ölkə başçısının fikirlərinə söykənərək deyə bilərəm ki, Azərbaycan əsgəri mümkün olmayanı da reallığa çevirdi. Milli ruh, milli ləyaqət və vətənpərvərlik onlara Zəfər bəxş etdi.

Prezident öz çıxışında bunu xüsusi olaraq vurğulayıb.

Gənclərlə görüşün sonunda prezident bir daha Azərbaycan gənclərini təbrik edib.

Görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə sonlandırılıb.

Ramana qəsəbəsi, 90 saylı tam orta məktəbin

direktor müavini Svetlana Nəbiyeva


Oxşar xəbərlər