Qağaməli Seyfullayev: Hazırda trest Azərbaycan Respublikasının bütün regionlarında, o cümlədən "Günəşli" və "Neft Daşları" yataqlarında, Qum adası, Pirallahı, Çilov, Xərə-Zirə və başqa adalarda bütün xidmətləri yerinə yetirir

Qağaməli Seyfullayev: Hazırda trest Azərbaycan Respublikasının bütün regionlarında, o cümlədən “Ümid” qaz-kondensat yatağında rekord göstəricilərlə 18 saylı quyu istismara verildi

SOCAR-ın strateji əhəmiyyət kəsb edən qısa və uzunmüddətli biznes planlarının icrası çərçivəsində “Ümid-1” platformasından U1-18 saylı istismar quyusunda qazma işləri 6120 metr dərinlikdə uğurla başa çatdırılmış, məhsuldar qatın Vll horizontu tam açılmışdır.
“Ümid-Babək” dəniz blokunun işlənməsində səmərəliliyin artırılması məqsədi ilə həm əvvəl qazılmış quyularda, həm də bu quyuda yerinə yetirilmiş tədqiqat işləri nəticəsində quyu konstruksiyasında növbəti optimallaşadırma tədbirləri aparılmış, beləliklə, quyuların gündəlik qaz hasilatı potensialının 0.75 mln. m³-dən pilləli şəkildə 3.0 mln. m³-ə, kondensat hasilatının isə 120 tondan 500 tona kimi artırılmasına nail olunmuşdur. Hasilat potensialının artırılması ilə yanaşı istismarın təhlükəsizliyi də diqqət mərkəzindədir. Təhlükəsizliyin təminatı üçün quyu bütövlüyünün təmin edilməsində bir sıra innovativ texnologiyalar tətbiq edilmişdir. “Ümid-Babək” dəniz blokunun kəşfiyyatı və işlənməsi üzrə operator təyin edilmiş “Ümid-Babək Əməliyyat Şirkəti” (UBOC) ilk dəfə olaraq beynəlxalq təcrübəyə əsaslanaraq, quyunun qazmasını “açar təhvili”ndən “günəmuzd tipli müqavilə” formatına dəyişmişdir. Qazma-tamamlama işlərinə birbaşa rəhbərlik edən UBOC əməliyyatları Halliburton, Schlumberger, SOCAR-AQŞ, Baker Hughes, Azəri-Mİ və s. kimi beynəlxalq servis şirkətləri ilə birlikdə həyata keçirmişdir.

U1-18 saylı quyuda baş verən prosesləri izləmək məqsədilə 5044 metr dərinlikdə stasionar quyudibi manometr yerləşdirilmişdir. Mütəmadi ölçülən təzyiq və temperaturu yer səthinə ötürməklə quyunun ilkin hasilata verilməsi, optimal rejimin seçilməsi və fasiləsizliyinin təmin edilməsi, həmçinin lay proseslərinin analiz edilməsi üçün əvəzsiz rol oynayan bu cihazla yanaşı, 18 saylı istismar quyusunda ilk dəfə “Telecoil” texnologiyasının da tətbiqi həyata keçirilmişdir.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev demişdir: “Ölkəmizin yanacaq enerji balansının tənzimlənməsi üçün “Ümid” qaz-kondensat yatağının işlənməsi layihəsi mühüm əhəmiyyət daşıyır. Layihə uğurla davam etdirilir. 2010-cu ildə Azərbaycanın müstəqilliyi dövründə daxili resurslar hesabına kəşf edilmiş “Ümid” yatağında 18 saylı quyuda qazma işlərinin aparılması COVİD-19 pandemiyası dövrünə təsadüf etdiyindən, təhlükəsizlik tədbirləri gücləndirilmiş və xüsusi nəzarət sisteminin yaradılması nəticəsində qazmanın fasiləsiz təşkilinin təmin edilməsi mümkün olmuşdur. Bununla da neftçilər Azərbaycan Respublikasının möhtərəm Prezidenti İlham Əliyev cənablarının qarşımıza qoyduğu daha bir məqsədə nail olmuşlar”.

Hazırda “Umid-1” platformasında gündəlik 3.1 mln m³ qaz və 500 ton kondensat hasil edilir. Yeni quyunun tamamlanaraq istismara daxil edilməsi ilə platformanın maksimal hasilat potensialı 6.7 mln. m³ qaz və 950 ton kondensata kimi artırılmışdır. Bu həcmdə hasilat potensialının Xəzər dənizində SOCAR-ın istismar etdiyi platformalar arasında ən yüksək göstərici olması gözlənilir. “Ümid” yatağının tammiqyaslı işlənməsi məqsədilə yerüstü infrastrukturun tikinti işləri çərçivəsində “Umid-1” platformasından “Daşgil-2” terminalına dənizin dibi ilə çəkilməsi nəzərdə tutulan 56 km uzunluğunda 500 mm-lik nəql xətti 2022-ci ilin may ayında istismara verildikdən sonra hasilat potensialından tam istifadə ediləcəkdir. Platformadan çıxarılan qaz “Daşgil-2” terminalından Səngəçal Baş Qurğularına diametri 1000 mm olan 34 km-lik yeni tikilmiş quru nəql xətti vasitəsilə ötürülərək, orada ölkənin qaz şəbəkəsinə qoşulacaqdır. Bu mərhələyə aid olan obyektlərin 2022-ci ilin birinci yarısına təhvil verilməsi üçün UBOC tərəfindən işlər qrafikə uyğun olaraq aparılır.

*********

“Neftqaztikinti” trestinin müdiri Qağaməli Seyfullayev - "Neftqaztikinti" tresti SOCAR-ın müəssisə və təşkilatları tərəfindən həyata keçirilən neft-qaz əməliyyatları çərçivəsində dərin, dayaz dəniz neft-qaz yataqlarında və quruda təmir və tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi məqsədilə "Azərdənizneftinşaat" (1949-cu ildə təsis edilmişdir) və "Xəzərdənizneftqaztikinti" (1979-cu ildə təsis edilmişdir) trestlərinin bazasında yaradılmış və həmin qurumların hüquqi varisidir.

Dünya praktikasında ilk dəfə açıq dənizdə neftin hasilatı, hazırlanması və sahilə nəqli Xəzər dənizinin "Neft Daşları" rayonu ilə bağlıdır. Dünyada ilk dəfə olaraq 1949-cu ildə trest tərəfindən Neft Daşlarında kompleks tikinti işləri aparılmış, ümumi sahəsi 8 hektar olan süni ada salınmış, estakada və meydançaların tikintisinə başlanılmışdır.
Trestin tərkibinə müxtəlif profilli 7 Tikinti-Quraşdırma İdarəsi, İxtisaslaşdırılmış Təmir-Tikinti Bölümü, Dəmir-Beton Məmulatları İstehsalı Bölümü, Anbar Təsərrüfatı Bölümü, Gürcüstan Nümayəndəliyi, Abu Dabi Filialı, İqtisadiyyat və Uçot Departamenti, Keyfiyyətə Nəzarət Departamenti və Qaynaq Texnoloji, Dağılan və Dağılmayan Müayinə Bölümü daxildir.

Hazırda trest Azərbaycan Respublikasının bütün regionlarında, o cümlədən "Günəşli" və "Neft Daşları" yataqlarında, Qum adası, Pirallahı, Çilov, Xərə-Zirə və başqa adalarda və onların ətrafında müxtəlif sifarişçi təşkilatlar (o cümlədən SOCAR-ın digər təşkilatları) üçün podratçı olaraq aşağıdakı növ işləri və xidmətləri yerinə yetirir:
• Dənizdə (150m-ə qədər) və quruda müxtəlif diametrli magistral neft-qaz-su boru kəmərlərinin tikintisi;
• Dənizdə və quruda qaz-kompressor stansiyalarının tikintisi;
• Yeraltı qaz saxlama anbarlarının tikintisi;
• Dəniz estakadalarının tikintisi (0-30m);
• Liman və liman qurğularının tikintisi;
• Neftin yığılması, saxlanması, hazırlanması və nəqli məqsədilə dənizdə və quruda neft terminallarının, müxtəlif təyinatlı texnoloji qurğuların tikintisi;
• Dənizin dayaz və dərin hissələrində (10-150m) stasionar özüllərinin tikintisi;
• Yataqların elektrik təchizatı sisteminin qurulması;
• Yüksək gərginlikli sualtı kabel xətlərinin çəkilişi;
• Yüksək gərginlikli kabel və hava elektrik ötürücü xətlərin çəkilişi;
• Metal konstruksiyaların korroziyadan mühafizə işləri;
• Mülki tikinti;
• Dəmir-beton məmulatlarının istehsalı;
• Sualtı boru kəmərlərinin tikintisi üçün tələb olunan müxtəlif diametrli boruların betonlanması; • Metal-konstruksiyaların yığılması;
• Asfalt-beton istehsalı;
• Magistral yolların, küçə və meydançaların tikintisi və asfalt-beton örtüklənməsi;
• Bütün növ tikinti material və avadanlıqlarının təchizatı;
• Qaynaqçıların beynəlxalq səviyyədə sertifikatlaşdırılması;
• Qaynaq tikişlərinin dağılan və dağılmayan üsulla yoxlanılması.
2002-ci ildən başlayaraq, trest TSE-ISO-EN 9002 - "Keyfiyyət", TSE-ISO-EN 14001 - "Ətraf Mühitin Mühafizəsi", TS-18001 - "Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası", TS EN ISO/IEC 17024 - "Personalın (qaynaqçıların) sertifikatlaşdırılması kriteriyaları" və TS EN ISO/IEC 17025 - "Yoxlama və sınaq işlərinin yetərliliyi" üzrə beynəlxalq sertifikatlara layiq görülmüşdür. .

Oxşar xəbərlər