Azərbaycan hazırda Ermənistanla müqayisə olunmayacaq qədər güclü bir potensiala malikdir

Azərbaycan hazırda Ermənistanla müqayisə olunmayacaq qədər güclü bir potensiala malikdir Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin və I vitse-prezident Mehriban Əliyevanın Laçın və Kəlbəcər rayonlarına səfəri birbaşa olaraq Ermənistana və onu silahlandırmağa çalışan havadarlarına ünvanlanmış növbəti mesaj kimi qəbul edilməlidir.

Müharibədə darmadağın edilən Ermənistan məruz qaldığı itkilər fonunda əgər yenidən Azərbaycana qarşı təxribatçı hərəkətlərə yol verərsə bu Ermənistanın növbəti ağrılı və acılı zərbə alması ilə nəticələnə bilər. Ermənistan silahlı qüvvələrinin həm rus sülhməramlıları olan ərazilərdə, həm də Azərbaycan sərhədində atəşkəsi pozması və təxribat yaratması onların darmadağın olmuş ordusunun tör-töküntülərinin də məhv olmasına gətirib çıxara bilər.

Azərbaycan hazırda Ermənistanla müqayisə olunmayacaq qədər güclü bir potensiala malikdir. Prezident İlham Əliyevin Kəlbərcədə Azərbaycan bayrağını qaldırması növbəti dəfə münaqişənin başa çatdığını və Azərbaycanın bu ərazilərdə artıq möhkəmlənməsinin sübutudur. Bu ərazilərdə Azərbaycan artıq kifayət qədər geniş hərbi infrastruktur yaradır. Vaxtilə ermənilərin Kəlbəcərə çəkdikləri Basarkeçər-Kəlbəcər yolundan artıq Azərbaycan öz təhlükəsizliyini təmin etmək üçün istifadə edir. Odur ki, artıq qəhrəman erməni əsgəri yoxdur, böyük Ermənistan ideyası artıq məhv olub. Əgər ermənilər növbəti dəfə məhv olmaq istəmirlərsə, o zaman mövcud reallıqları qəbul etməli və Azərbaycan ilə sülh müqaviləsi imzalanması üçün nəzərdə tutulan ön proseslərin həyata keçirilməsinə başlamalıdır. Əks halda Ermənistan davamlı olaraq alçaldılmağa davam edəcək.

Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq prosesi, zəruri infrastruktur yaradılması istiqamətində işlərin ardıcıl olaraq davam etdirildiyini, ölkəmizin Böyük Qayıdışı ən yüksək səviyyədə davam etdirmək əzmində olduğunu nəzərə çatdırdı. Dövlətimizin başçısının “Biz Zəngəzurda yerləşmişik və orada möhkəmlənirik. Bu, bizim torpağımızdır”, “Biz harada lazım bilsək, orada da duracağıq” fikirləri isə qəti iradənin, əzmin və prinsipial mövqeyinin ifadəsidir. Nəticə etibarilə, Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycan dövlətinin öz qətiyyətli mövqeyindən bir addım da geri çəkilmədiyini, bütün strateji hədəflərinə addım-addım irəlilədiyini göstərir.

Mustafayev Cavad, 215 saylı tam orta məktəbin direktoru

Oxşar xəbərlər