
Görüntülər pilotsuz uçuş aparatı vasitəsi ilə təsbit edilib.
Videoda aydın görünür ki, iki nəfər meşə ərazisində quru otlara od vuraraq ərazidən sürətlə uzaqlaşırlar.
Hadisəni törədən şəxslərin saxlanıldığı bildirilir.
Qeyd edək ki, Türkiyənin Antalya şəhəri və ətraf ərazilərdə dünəndən başlayan, geniş yayılmış meşə yanğınları nəticəsində dörd nəfər ölüb, onlarla ev, iaşə obyektləri yararsız vəziyyətə düşüb.