
Rəşadətli Azərbaycan ordusu 28 ildən sonra düşməni məhv edərək əzəli torpaqlarımızı düşməndən azad etdi. Ordumuz düşmənə elə bir zərbə endirdi ki, düşmən bu zərbəni unuda bilməyəcək. Çünki ordumuzun zərbəsində torpaq, vətən sevgisi, dövlətinə inam, xalqına qarşı əbədi sevgi var.
Ali Baş Komandanımızın qeyd etdiyi kimi, Azərbaycan Ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, Azərbaycanın əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadiqdirlər. Bizim bütün hərbi hissələrimizdə, xüsusilə də cəbhədə yerləşən hərbi hissələrdə ruh yüksəkliyi var və Azərbaycan əsgərinin vətənpərvərlik hisləri çox yüksəkdir, möhkəmdir. Çünki Azərbaycan ordusu ölkəsini qalib edən ordudur. O 28 ildən sonra dövlət xalq birliyindən ilhamlanaraq Qarabağımıza sülh gətirdi. Bu gün dünyanın bir çox ölkələri Azərbaycan Ordusunun taktikasını, döyüş manevrlərinin sirlərini öyrənir. İnanırıq ki, ölkə rəhbəri cənab İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimiz daha da inkişaf edəcək və xidməti vəzifələrini vicdanla yerinə yetirəcəklər.
Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəb-liseyin
direktoru Fərqanə Abbasova