
1995-ci il mart hadisələri zamanı Ulu Öndər Heydər Əliyevin nüfuzu və xalqın dəstəyi dövlət çevrilişinin qarşısının alınmasının əsas səbəbi idi. 5 mart 1995-ci il tarixində ümummilli lider Heydər Əliyev XTPD-nin dövlət çevrilişinə cəhd göstərməsi ilə əlaqədar televiziya və radio ilə xalqa müraciət etmişdi. Gecə olmasına baxmayaraq minlərlə insan Ulu Öndərin çağırışına səs verdi, meydanlara gəldi, beləliklə də xalq iradəsini, dövlət çevrilişinə olan münasibətini ortaya qoydu. Bu mənada, Azərbaycan xalqının ulu öndər Heydər Əliyevə, qanuni hakimiyyətə birmənalı dəstəyi qiyamın baş tutmamasının əsas səbəbinə çevrilmişdi. Ulu öndər Heydər Əliyevin qətiyyəti, müdrik daxili və xarici siyasəti Azərbaycanda silah gücünə dövlət çevrilişi etmək cəhdlərini puça çıxartmış, ölkəmizin möhkəm və qüdrətli olduğunu göstərmişdi. Bütün bunlar xalqın müdrikliyinin, milli həmrəyliyinin, inamının, dövlətçiliyə hörmət və ehtiramının güclü olduğunu, Azərbaycan Respublikasının demokratik əsaslarının möhkəmliyini, konstitusiya və qanunlardan kənar fəaliyyətin yolverilməzliyini nümayiş etdirmişdi.
Abdulkərimova Samiyə, 12 saylı şəhər poliklinikasının baş həkimi