
Kabus Dadaşov bildirib ki, ölkəmizdə hansı sahəyə nəzər salsaq görərik ki, onun əsası Ulu öndər tərəfindən qoyulub. Ulu öndər Heydər Əliyevin tibb, səhiyyə sahəsinə diqqətindən danışan Kabus Dadaşov qeyd edib ki, O, hələ 1970-ci illərdə Azərbaycanda yüksək ixtisaslı kadr hazırlığı barədə fikirləşirdi.
«Ulu öndərin hələ o dövrdə apardığı siyasətin bu gün nə dərəcədə müdrik bir siyasət olduğunu görürük. Heydər Əliyev gənc mütəxəssisləri keçmiş SSRİ-nin səhiyyə müəssisələrinə kadr hazırlığı üçün göndərirdi. Yenidən hakimiyyətə gəldikdən sonra O, yenə də səhiyyəyə, tibb təhsilinə xüsusi qayğı göstərməyə başladı. Səhiyyəmizin bugünkü inkişafı Ulu öndərin adı ilə bağlıdır»- deyə, Kabus Dadaşov vurğulayıb.
Azərbaycan Respublikası Neyro-Cərrahiyə Xəstəxanasının baş həkimi Kabus Dadaşov