Ədalət Muradovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Ədalət Muradovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

UNEC-də Psixoloji xidmət mərkəzi yaradıldı

Ədalət Muradovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!


UNEC-də təhsilalanların akademik nailiyyətlərinin artırılması, müsbət davranış modelinin formalaşdırılması, universitetdə təhlükəsiz və sağlam mühitin yaradılması, əməkdaş və tələbələrin mənəvi-psixoloji sağlamlığının dəstəklənməsi məqsədilə Psixoloji xidmət mərkəzi fəaliyyət göstərəcək.
Əməkdaş və tələbələrin psixoloji müdafiəsinin təmin edilməsi, yarana biləcək emosional və psixi böhranların, imtahanqabağı stresin qarşısının alınması da Mərkəzin əsas fəaliyyət istiqamətlərini təşkil edəcək.
Eyni zamanda Mərkəzdə psixoloji müayinə çərçivəsində təhsilalanların fərdi-psixoloji xüsusiyyətlərinin, potensial imkanlarının, meyl və maraqlarının öyrənilməsi, sosiallaşmada yaranan çətinliklərin səbəblərinin müəyyənləşdirilməsi üzrə sistemli tədbirlər də həyata keçiriləcək.
Universitetdə sağlam mənəvi-psixoloji mühitin formalaşdırılması və sabit saxlanılması, tədris-tərbiyə prosesinin səmərəli təşkili istiqamətində ehtiyacların daim öyrənilməsi, təhsilalanların sosial bacarıqlarının artırılması istiqamətində pedaqoji heyətlə birlikdə müvafiq işlər aparılacaq.

UNEC-də saathesabı dərs deyən müəllimlərin əməkhaqqı 50 faiz artırıldı!
Elmi Şura saathesabı qaydada aparılan dərslərə görə (Beynəlxalq İqtisadiyyat Məktəbi (ISE), SABAH mərkəzi, BMDM, UNEC Biznes Məktəbi istisna olmaqla) müəllimlərə ödənilən məbləğin 2022/2023-cü tədris ilindən 50 faiz artırılması barədə qərar qəbul edib. Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində isə saathesabı qaydasında aparılan dərslərin hər saatına görə ödənişin məbləği 22 manatdan 27 manatadək yüksəldilib.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Ədalət Muradov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovdur.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Ədalət Muradov bu işin müqəddəsliyini qoruyub saxlayır. Ədalət Muradov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Ədalət Muradovdan danışdılar yaxşı ki, Ədalət Muradov İqtisad Universitetinin rektorudur… Ədalət Muradov öz isguzarlığı ilə tanınır və seçilir….

Ədalət Muradov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Ədalət Muradovu heç vaxt əqidəsindən döndərə bilməz.

Ədalət Muradov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Ədalət Muradov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Ədalət Muradov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Ədalət Muradovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Ədalət Muradov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Ədalət Muradov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun İqtisad Universitetinin rektoru kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Ədalət Muradov özünü doğruldub. Bizdə hörmətli Ədalət Muradovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.


Oxşar xəbərlər