SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ — Bu küçədə hərəkət məhdudlaşdırılır

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ — Bu küçədə hərəkət məhdudlaşdırılır Bakı şəhəri, Əliyar Əliyev küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılır.
Bu barədə Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilir ki, bu səbəbdən 24 nömrəli marşrutun metronun “Nəriman Nərimanov” stansiyasından Bakıxanov qəsəbəsi istiqamətində hərəkət sxemində müvəqqəti dəyişiklik edilərək, Təbriz - Ağa Nemətulla - Yusif Vəzir Çəmənzəminli - Əziz Əliyev küçələri ilə təşkil olunub.

Oxşar xəbərlər