
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, terrorçu ümumi tələblər irəli sürüb və ölkədəki sistemdən narazılığını bildirib. O, dövlət başçısının vətəndaşları "Yer sakinləri" (“Earthlings”) filminə baxmağa çağırmasını tələb edib.
“2005-ci ilin “Yer sakinləri” filmi, hamı baxsın”, - Zelenski feysbukda yayımladığı videomüraciətdə deyib.
Qeyd edək ki, “Yer sakinləri” – ABŞ istehsalı olan sənədli filmdir. Film insanın heyvanlarla vəhşi rəftarı probleminə, həmçinin qlobal miqyasda heyvandarlıq və balıqçılığın zərəri məsələlərinə həsr olunub.
***
Ukraynanın Lutsk şəhərində avtobusdakı sərnişinləri girov götürən kişi onları buraxıb. Bundan sonra hadisə yerində partlayış baş verib.
***
Girovların çıxmasına qədər, avtobusdan terrorçunun özü çıxıb. Ona tərəf dərhal bir neçə xüsusi təyinatlı qaçıb və onu yerə uzadıb.
***
Ukraynanın Daxili İşlər naziri Arsen Avakov bildirib ki, hadisə zamanı heç kim xəsarət almayıb.
***
Ukrayna Prezidenti Vladimir Zelenski bir qədər əvvəl terrorçunun istəyi ilə feysbuk vasitəsilə hər kəsi “Yer kürəsi” filminə baxmağa dəvət etməsi ilə bağlı videomüraciəti silib.