Paytaxt Kiyev başqa əraziyə köçürülür?

Paytaxt Kiyev başqa əraziyə köçürülür? Ukrayna Prezidenti Vladimir Zelenskinin tərəfdarları paytaxt Kiyevin başqa əraziyə köçürülməsini təklif ediblər.

“Qafqazinfo”nun “REN TV”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ali Radanın “Müxalif platforma-Həyat üçün” partiyasından olan deputatı Vadim Rabinoviç bildirib.

“Ukraynanın paytaxtı Kiyevi başqa əraziyə köçürmək lazımdır. Bu, Zelenski partiyasının rəsmi bəyanatıdır”, - deyə Rabinoviç söyləyib.

O, paytaxtı məhz hansı əraziyə köçürmək istədiklərinə dair məlumatı olmadığını da sözlərinə əlavə edib.

Oxşar xəbərlər