
Bunu “Report”un Avropa bürosuna açıqlamasında Ukraynanın yeni Prezidenti Vladimir Zelenskinin siyasi məsələlər üzrə müşaviri, prezidentin mənsub olduğu siyasi blokun rəhbəri Dimtri Razumkov bildirib.
O deyib ki, ümumiyyətlə, Azərbaycanla münasibətlərin inkişaf etdirilməsi Ukraynanın yeni hakimiyyətinin prioritetlərindəndir: “Biz Azərbaycanla genişmiqyaslı layihələrdə maraqlıyıq”.
Prezidentin müşaviri onu da vurğulayıb ki, Ukraynada yaşayan azərbaycanlıların fəallığı onların diqqətini cəlb edir: “Biz çox istərdik ki, başqa xaqlardan olduğu kimi, azərbaycanlılardan da Ali Radada (parlament) deputat olaraq təmsilçilik olsun”.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski mayın 21-də Ali Radanı buraxmaq barədə fərman imzalayıb. Ali Radaya növbədənkənar seçkilər bu il iyulun 21-nə təyin edilib.