
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Məlum olduğu kimi, hazırda Türkiyə BMT-nin tanımış olduğu Sərrac hökumətinin yanındadır. Qarşımızda bir qiyamçı Haftar var. Haftarın yanında kim olursa-olsun, ona qarşıyıq. Bir çox yerlər geri alınıb. Ən strateji ərazilərdə də irəliləmə davam edir. Tərhunə, Fəthiyə bölgələri olduqca önəmli idi və geri alındı. Demək olar ki, Tunisə kimi çatan geniş şimal dəhlizi Sərracın hakimiyyəti altındadır. Bütün bu olanlar Haftarı dəli edir. Onlar (Haftar ordusu) qaçır, Sərrac qovalayır”, – deyə Ərdoğan bildirib. (axar.az)