NATO-nun baş katibi Mark Rutte ilə görüşdən sonra ABŞ prezidenti Donald Tramp alyansın Qrenlandiya ilə bağlı fikir ayrılıqlarını xatırladıb.O, Truth Social-da bununla bağlı paylaşım edib: "NATO ehtiyac duyduğumuz zaman köməyimizə gəlmədi və bir daha ehtiyac duysaq da, kömək etməyəcək. Qrenlandiyanı - o böyük, pis idarə olunan buz parçasını unutmayın".
Xatırladaq ki, aprelin 6-da Tramp Şimali Atlantika Müqaviləsi Təşkilatı daxilində kəskin fikir ayrılıqlarının Qrenlandiyadan başladığını bildirib.