Bakı–Tbilisi iqtisadi əlaqələri region üçün mühüm əhəmiyyət daşıyır

Bakı–Tbilisi iqtisadi əlaqələri region üçün mühüm əhəmiyyət daşıyır Azərbaycan Respublikasının strateji tərəfdaşları və əməkdaşlıq etdiyi ölkələr arasında əsrlər boyu qonşuluq münasibətlərinə malik olduğumuz, dostluq və qardaşlıq prinsipləri əsasında sıx əlaqələr qurduğumuz Gürcüstan xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan və gürcü xalqları arasında formalaşmış dostluq münasibətlərinin kökləri qədim dövrlərə dayanır və bu ənənə öz səmimiyyətini qoruyaraq və strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək davam etməkdədir. Dövlətlərimiz arasında ikitərəfli əməkdaşlıq bütün sferalarda, o cümlədən təhlükəsizlik, müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrində əldə olunmuş ciddi nəaliyyətlərin əsasını təşkil edir. Bununla belə, Azərbaycan və Gürcüstanın enerji və nəqliyyat-logistika sahələrində birgə reallaşdırdığı nəhəng layihələr ikitərəfli əməkdaşlığımızın inkişafına xidmət etməklə yanaşı, qlobal enerji təhlükəsizliyi və qitələrarası nəqliyyat bağlantılarında mühüm rol oynamaqdadır. Məlum olduğu kimi, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi əhəmiyyətli enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır.
Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələri beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf edir və dövlətlərimiz BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda bir-birinin milli maraqlarını hər zaman dəstəkləyir. Prezident İlham Əliyev cari ilin 6 aprel tarixində Gürcüstana dövlət səfəri etdi. Səfər çərçivəsində dövlət başçımız Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili təkbətək, Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə isə təkbətək və geniş tərkibdə olmaqla görüşlər keçirdi. Daha sonra Prezident İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatla çıxış etdilər. Dövlət başçımızın mətbuata verdiyi bəyanat, ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlığın mahiyyətini və gələcək inkişaf istiqamətlərini aydın şəkildə nümayiş etdirdi.
2025-ci ildə ölkələrimiz arasındakı ticarət dövrüyyəsi 800 milyon dolları keçmişdir. Cari ildə isə bu rəqəmin 1 milyard dollara çatacağı gözlənilir. Həm də Azərbaycan Gürcüstan iqtisadiyyatına bu günə qədər 3,7 milyard dollar sərmayə qoymuşdur. Dövlət başçımızın Gürcüstana səfəri ölkələrimiz arasında yeni investisya layhələrin icrası, o cümlədən sonrakı dövürdə üçüncü ölkələrdə birgə investisya layihələrin icrası və qarşılıqlı faydaya əsaslanan əməkdaşlığın dərinləşdirlməsində yeni səhifə açacaqdır.
Qarşılıqlı hörmət, ortaq maraqlar və iqtisadi fayda üzərində qurulmuş bu tərəfdaşlıq Cənubi Qafqazın sabitlik və inkişaf məkanına çevrilməsinə ciddi töhfə verir. Yeni layihələr, birgə investisiya təşəbbüsləri və davamlı iqtisadi dialoq gələcəkdə əməkdaşlığın daha da dərinləşəcəyini göstərir. Bu əməkdaşlıq Cənubi Qafqaz üçün yalnız iqtisadi deyil, həm də strateji əhəmiyyət kəsb edir. Azərbaycan–Gürcüstan iqtisadi əlaqələri regionun sülh və sabitliyinin qorunması, qarşılıqlı inam və faydanın təmin olunması baxımından vacib bir model olaraq qalır.
Məharət Əliyeva-YAP Sabunçu rayon təşkilatının fəal üzvü

Oxşar xəbərlər