Onlarla insanın öldüyü qanlı hücum belə görüntüləndi — ANBAAN VİDEO

Onlarla insanın öldüyü qanlı hücum belə görüntüləndi — ANBAAN VİDEO Sosial şəbəkədə Liviya paytaxtı Tripolidəki hərbi kollecdəki kursantlara hava hücumu anının videosu yayılıb. Hücum nəticəsində ən azı 20 nəfərin ölüb.
Zərbə Liviya Milli Ordusu Hərbi Hava Qüvvələri tərəfindən sahə marşalı Xəlifə Haftarın əmrinə əsasən vurulub. Yanvarın əvvəlində o, “xarici qüvvələrə qarşı mübarizə” üçün ümumi səfərbərlik elan edib. Onun sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin işlərinə qarışmaqda məsuliyyət daşıyır.
Qeyd edək ki, 2011-ci ildə Liviyada vətəndaş müharibəsi başlayıb. (oxu.az)


Oxşar xəbərlər