Azərbaycan və Gürcüstan arasında münasibətlər sadəcə iki qonşu dövlətin əlaqələri deyil, tarixi köklərlə bağlanan qardaşlıq bağlarıdır. Ali Baş Komandan prezident İlham Əliyevin 2026-cı il aprelin 6-da Gürcüstana rəsmi səfəri bu qardaşlıq münasibətlərinin yüksək səviyyəsini bir daha sübut etdi . Dövlət başçısının qeyd etdiyi kimi “Qardaş Gürcüstanda olmaq mənim üçün böyük şərəfdir” ifadəsi ölkələr arasındakı qarşılıqlı hörmətin və etimadın bariz nümunəsidir.
Bugün Cənubi Qafqaz regionu öz tarixini ən mühüm dönəmlərindən birini yaşayır. Bu əsasən Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra regionda yeni vəziyyətin yaranması ilə bağlıdır. Daha çox sülh, sabitlik və geniş miqyaslı iqtisadi əməkdaşlıq regionun gələcəkdə daha geniş imkanlar əldə etməsini sübut edir. İki ölkə-Azərbaycan və Gürcüstan bu prosesdə aparıcı qüvvələr kimi çıxış edir və regionun gələcək simasını və iqtisadi inkişafını müəyyənləşdirən əsas dövlətlər kimi tanınır.
Gürcüstanı son illərdə nümayiş etdirdiyi inkişaf dinamikası bütün region üçün nümunəyə çevrilmişdir. Prezident İlham Əliyev öz bəyanatında bu inkişafın göz önündə olduğunu diqqətə çatdırmışdır. Prezident nitqində bildirmişdir ki, biz iqtisadi sahədə böyük inkişaf əldə etmişdir və bu uğurlar xalqımızın rifahına xidmət edir.
Bu iki qardaş ölkə təkcə cənubi Qafqaz regionunun deyil, həm də bütün Avropanın enerji xəritəsini dəyişən ölkədir. Azərbaycanın enerji resurslarının uzun illərdir ki, bir çox ölkələrdə istifadəsi bu ölkələrlə əməkdaşlığın güclənməsində əvəzsiz rol oynayır.
Azərbaycan və Gürcüstan beynəlxalq müstəvidə bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyən siyasi, iqtisadi məsələlərdə, o cümlədən, ərazi bütövlüyü və qlobal təşəbbüslərdə də özünü göstərir.Ali Baş Komandan prezident İlham Əliyevin Gürcüstana səfəri zamanı səsləndirdiyi bütün fikirlər bir daha təsdiq etdi ki, Azərbaycan və Gürcüstan arasındakı bütün əməkdaşlıqlar regionun gələcək tərəqqisinin təmin edilməsinə əsaslanır. Bu əməkdaşlıq həm də bütün Avrasiya məkanının təhlükəsizliyinə və inkişafına yeni tövhələr qazandıracaq
311 nömrəli tam orta ümumtəhsil məktəbinin
təlim-tərbiyə işləri üzrə direktor müavini Röyalə Əliyeva