
Bu barədə Türkiyə Prezident Administrasiyası açıqlama yayıb.
Danışıqlar zamanı ikitərəfli münasibətlər, Liviyadakı mövcud vəziyyət və bölgədəki hadisələr müzakirə edilib.
Qeyd edək ki, bazar ertəsi Moskvada Rusiya və Türkiyə nümayəndələrinin iştirakı ilə Liviya ilə bağlı danışıqlar keçirilib. Liviya Milli Ordusunun rəhbəri Xəlifə Haftar, Tripoli hökuməti Fayez Sarracla atəşkəs razılaşması imzalamadan Moskvadan ayrılıb.