Nigeriyalı futbolçu infarktdan öldü

Nigeriyalı futbolçu infarktdan öldü Nigeriya millisinin sabiq futbolçusu İsak Promise dünyasını dəyişib.
“Ölkə.Az” CNN Türk-ə istinadən xəbər verir ki, 32 yaşlı futbolçunun infarktdan öldüyü bildirilir.
Qeyd edək ki, Promise əsasən Türkiyə klublarında - "Gənclər birliyi", "Trabzonspor", "Antalyaspor", "Manisaspor"da çıxış edib. Onun son klubu ABŞ 2-ci liqa təmsilçisi “Austin Bold” olub.

Oxşar xəbərlər