
Teleqraf.com xəbər verir ki, o, 1975-ci ildə Leninqrad Universitetini bitirdikdən sonra SSRİ Dövlət Təhlükəsizlik Komitəsində (KQB) işləməyə başlayır, bu məqsədlə Almaniyaya göndərilir.
Leninqrada qayıtdıqdan sonra bir müddət universitetdə çalışır. Eyni zamanda, Leninqrad Dövlət Universiteti rektorunun xarici məsələlər üzrə köməkçisi vəzifəsini icra edir. 1990-cı ildə KQB-dən ayrıldıqdan sonra Leninqrad qubernatoru Sobçakın yanında işləməyə başlayır. 1994-cü ildə onun köməkçisi vəzifəsini tutur.
Vladimir Putin 1999-2000-ci illərdə baş nazir, 2000-2008-ci illərdə prezident, 2008-2012-ci illərdə baş nazir, 2012-ci ildən indiyədək isə yenidən prezident postunu tutub.
Keçmiş həyat yoldaşı Lüdmila Putina
1983-cü ildə Lüdmila ilə evlənən Putin 2014-cü ildə ondan boşanıb. Bu evlilikdən iki qızları var: Yekaterina Putina və Mariya Putina.

Qızları haqda danışdığı yeganə şey onlarla fəxr etdiyi və adi bir həyat yaşaması ilə bağlıdır:
“Qızlarım siyasət və ticarətlə məşğul olmur. İki qızım da Rusiyada yaşayır, xarici ölkədə təhsil almayıblar. Adi insanlar kimi öz həyatlarını yaşayırlar və bunu qürurla edirlər. Üç xarici dil bilirlər, qızlarımla fəxr edirəm”.

Hansı bir həyatı yaşadığı bilinməsə də, milyarder olduğu dəqiqdir.

1986-cı ildə Almaniyada doğulub. O da bacısı kimi Sankt-Peterburq Dövlət Universitetinin məzunudur. Lakin bir iddiaya görə, Moskva Dövlət Universitetini bitirib və Tixonova soyadını daşıyır. Yəni, atasının soyadı yerinə anası Lüdmilanın qızlıq soyadını götürüb.
Hazırda Moskva Dövlət Universitetində dövlət proqramlarının icrasını həyata keçirdiyi bildirilir.
Yekaterina eyni zamanda, akrobatik rəqs mütəxəssisidir. 2013-cü ildə 35 yaşlı Kirill Şamalovla evlənib. Kirill Şamalov isə “Ozero” korporativinin sahibi Nikolay Şamalovun oğludur. Kirill həmçinin “Sibul Holding”-in sahiblərindən biridir.
Putin qızları haqda hər nə qədər “ticarətlə məşğul olmurlar, sadə həyatları var” desə də, hər ikisinin ultra zəngin bir həyatının olduğuna dair iddialar var.