
AZTB.info xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin dünən açıqlama verərək hücumu terror aktı adlandırmışdı.
Qruplaşmanın "Amaq" adlı propoqanda internet səhifəsindən əldə edilən məlumata görə Sankt-Peterburq şəhərindəki supermarketə edilən hücumu İŞİD törədib.
Xəbərdə deyilir: "Xəlifəliyin əsgərləri Sankt-Peterburqa bomba qoymağı bacardılar".
Qeyd edək ki, partlayış nəticəsində 13 nəfər xəsarət almışdı.