
Azvision.az xəbər verir ki, bunu Rusiya Daxili İşlər Nazirliyinin Ekstremizmlə Mübarizə Baş İdarəsinin rəisi Oleq İlinıx nazirliyin V.Y.Kikotya adına Moskva Universitetində keçirilən beynəlxalq konfransda hesabatla çıxış edərkən deyib.
Onun sözlərinə görə, İŞİD-ın pərakəndə halında qalan üzvləri bütün dünya üzrə teraktlar həyata keçirməyə qadir beynəlxalq terror şəbəkəsi və yatan terror hüceyrələri yaratmaq planı hazırlayırlar. Və bu prosesdə İŞİD Ermənistanda da terror yuvalarının qurulmasına maraq göstərir.
“Xilafətin Suriyada və İraqdakı strateji məğlubiyyətindən sonra İŞİD-in maraqlarının Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Ermənistan ərazilərinə transfer olunması müşahidə edilir” – rusiyalı nazir vurğulayıb.