Azərbaycanlı milyarderlərlə bağlı Statistika Komitəsindən AÇIQLAMA

Azərbaycanlı milyarderlərlə bağlı Statistika Komitəsindən AÇIQLAMA “Forbes” jurnalı və kütləvi informasiya vasitələri hər il ölkələr üzrə milyarderin siyahısı açıqlayır.
Azərbaycanın ən varlı adamlarına gəlincə, bu haqda yalnız ehtimallar var.

Belə ki, Azərbaycanda neçə milyarder, neçə nəfər multimilioner, neçə nəfər milyoner olması haqda statistika açıqlanmır. Bu sırada yalnız dövlət məmurlarının, monopolist biznesmenlərin adları çəkilir.

Bu da ölkədə kölgə iqtisadiyyatının, korrupsiya və inhisarçılığın olması ilə bağlıdır. Müstəqil iqtisadçı ekspertlərin hesablamalarına görə, Azərbaycanda da təbəqələşmə sürətlə böyüyür, rəsmi məlumatlar isə, bunun əksini bəyan edir. Bizdə milyarderlərin, milyonerlərin statistikası gedirmi? Bizdə nə qədər milyoner var? Sosial təbəqələşmə ilə bağlı statistika necədir?

Bizimyol.info-nun əməkdaşı bu suallarla Dövlət Statistika Komitəsinə informasiya sorğusu göndərilib.Azərbaycanlı milyarderlərlə bağlı Statistika Komitəsindən AÇIQLAMA










Sorğuya cavabda bildirilib ki, bu məlumatlar Dövlət Statistika Komitəsi tərəfindən müşahidəsi aparılan göstəricilərin siyahısına daxil deyil.

Oxşar xəbərlər