Bu məhsulların ölkəyə idxalı qadağan edildi – Xəstəlik

Bu məhsulların ölkəyə idxalı qadağan edildi – Xəstəlik Qida Təhlükəsizliyi Agentliyi Rusiya Federasiyasının Primorski vilayətindən heyvan və heyvan mənşəli məhsulların idxalına müvəqqəti məhdudiyyət qoyulması barədə qərar qəbul edib.

AQTA-dan verilən məlumata görə, buna səbəb Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Primorski vilayətinin Mixaylovski rayonunda dabaq xəstəliyi qeydə alınması olub.

Əhaliyə xəbərdarlıq edən agentlik onu da qeyd edib ki, nəzarət tədbirləri gücləndirilərək, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Rusiya Federasiyasının Primorski vilayətindən gələn və ya həmin ərazidən tranzit keçən nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Dövlət Gömrük Komitəsinə aidiyyatı üzrə müraciət olunub.

Oxşar xəbərlər